NPNamig Pashayev
Rəqəmsal marketoloq

Bakı · Performans marketinqi · Analitika · AI avtomatlaşdırma

Reklam büdcəsi xərc deyil — ölçülə bilən nəticədir.

Kampaniyaları qurur, ölçür və hər ay daha ucuz müştəri gətirəcək şəkildə yenidən qururam.

Öz layihələrim: vebsite.az, WhiteSEO və Harada Oturaq.

Namig Pashayev — rəqəmsal marketoloq

İş prosesi

Dörd addım, təxminsiz

Hər addım bir sonrakının qərarını verir.

ADDIM 01

Audit

Hesablar, izləmə, rəqiblər və mövcud rəqəmlər. 5 iş günü, pulsuz.

ADDIM 02

Strategiya

Hədəf, auditoriya, mesaj, kanal və büdcə bölgüsü — yazılı plan.

ADDIM 03

İcra

Kampaniyalar qurulur, kreativlər hazırlanır, izləmə yoxlanılır.

ADDIM 04

Optimallaşdırma

Həftəlik hesabat, testlər və büdcənin işləyən tərəfə köçürülməsi.

Necə işləyirəm

Rəqəm vəd etmirəm — ölçməni vəd edirəm

Nəticəni bazar, məhsul və qiymət müəyyən edir. Mənim işim hər manatın hara getdiyini görünən etməkdir.

Haqqımda

01

Əvvəl ölçmə, sonra reklam

Piksel, GA4 və dönüşümlər düzgün qurulmayıbsa, kampaniya başlamır. Əks halda hansı reklamın satdığını heç kim bilmir.

02

Hesablar sənin adına qalır

Reklam kabineti, piksel və analitika sənin mülkiyyətindir. Mən idarəçi kimi əlavə olunuram — əməkdaşlıq bitəndə bütün data səndə qalır.

03

Hesabat sadə dildə

Xərc, müraciət, müştəri qiyməti — bir səhifədə. Nəsə işləmirsə, ayın sonunu gözləmədən deyirəm.

Təcrübədən

Real işlərdən üç nümunə

Maliyyə, logistika və öz alətlərim — hər birində iş ölçmədən başlayıb.

Maliyyə · FINCA Azerbaijan

Formaya süzgəc

1 800Ayda süzülən zəif müraciət
2Təsdiqlənmiş nişan

Sayt formalarına süzgəc quruldu — CRM-ə yalnız keyfiyyətli müraciətlər düşür. Instagram və TikTok hesabları təsdiqləndi.

Logistika · 166 Yükdaşıma

Ölçmə sıfırdan

3Platformada dönüşüm
GTMVahid quraşdırma

Meta, TikTok və Google Ads dönüşümləri Google Tag Manager ilə quruldu; Search Console və Clarity ilə texniki SEO aparıldı.

AI · Claude Code

Tracking avtomatlaşdırması

2–3 saatƏvvəlki qurulum
10–15 dəqİndi

Bir saytın tam GTM qurulumu və Meta reklam hesabatları AI ilə hazırlanır — vaxt strategiyaya qalır.

İşlədiyim şirkətlər

UM AzerbaijanFINCA Azerbaijan166 Yükdaşıma və Logistika166 TechCodeONEvo Academy

Kurslar

Öyrənmək istəyirsən? Otur, birlikdə quraq

Dərslər real reklam hesabı üzərində keçir.

Bütün kurslar

Rəqəmsal marketinq kursu

Başlanğıc

Müddət

8 həftə

Format

Onlayn qrup

  • Marketinqin təməli: auditoriya, mesaj, təklif
  • Meta Ads: hesab quruluşu, kampaniya növləri, auditoriya qatları
  • Google Ads: axtarış kampaniyaları və açar söz məntiqi

Müraciətlə

Ətraflı

SEO kursu

Başlanğıc–Orta

Müddət

6 həftə

Format

Onlayn qrup

  • Axtarış sistemi necə işləyir: taramaq, indeksləmək, sıralamaq
  • Açar söz araşdırması və axtarış niyyəti
  • Texniki SEO: sürət, indeksləmə, sitemap, kanonik URL

Müraciətlə

Ətraflı

Advanced tracking kursu

İrəli

Müddət

5 həftə

Format

Onlayn qrup

  • GA4 hadisə modeli və dönüşümlərin düzgün qurulması
  • Google Tag Manager: dəyişənlər, tetikleyicilər, debug
  • Server-side tracking: nə vaxt lazımdır, necə qurulur

Müraciətlə

Ətraflı

Növbəti addım

Hesabına birlikdə baxaq — pulsuz.

Hesabına baxıram və 5 iş günü ərzində nəyin işlədiyini yazılı göndərirəm.

Qiymət təklifi al WhatsApp ilə yaz

Cavab müddəti · 24 saat