Reklam xidməti

TikTok Ads xidməti — TikTok reklamları ilə satış

TikTok reklamlarını baxış üçün yox, satış üçün qururuq: biznes və reklam hesabını açırıq, TikTok Pixel-i saytınıza bağlayırıq, satış ehtimalı yüksək auditoriyanı tapırıq və konversiya məqsədli kampaniyalar işə salırıq.

  • Hesablar sizin adınıza
  • Pixel qurulumu daxil
  • Satış məqsədli kampaniyalar
  • Aylıq kontent ideyaları

TikTok Ads nədir və necə işləyir?

TikTok Ads — TikTok-un reklam platformasıdır, reklamlar TikTok Ads Manager kabinetindən idarə olunur. Reklamınız istifadəçilərin lentində adi videoların arasında göstərilir. Ona görə TikTok reklamı reklam kimi yox, platformanın öz videosu kimi görünəndə daha yaxşı işləyir.

Hər kampaniyanın bir məqsədi olur. TikTok məqsədləri üç qrupa bölür: tanınma (Reach), maraq (Traffic, video baxışları, icma ilə əlaqə) və konversiya (Lead generation, Sales). Sistem reklamı seçilən məqsədə uyğun insanlara göstərir: baxış istəsəniz baxış, satış istəsəniz satış ehtimalı yüksək olan insanları axtarır.

Satış məqsədli kampaniya üçün TikTok saytınızda nə baş verdiyini bilməlidir. Bunu TikTok Pixel və Events API edir: kimin məhsulu səbətə atdığını, kimin alış etdiyini reklam sisteminə ötürür. Pixel olmadan sistem satışı görmür və reklamı yalnız kliklərə görə optimallaşdırır.

Video çəkmirik. Platformanın dilinə uyğun aylıq kontent ideyaları veririk, videoları siz və ya komandanız çəkir, biz onları satış reklamına çeviririk. Hazır reklam kreativi lazımdırsa, ayrıca xidmətimizə baxın.

Kreativ və kontent

TikTok reklamları kimlər üçün uyğundur?

01

Onlayn satış edənlər

Saytda və ya onlayn mağazada satış varsa, TikTok trafiki Pixel vasitəsilə birbaşa satışa bağlanır və hər satışın hansı reklamdan gəldiyi görünür.

02

Vizual məhsulu olanlar

Geyim, kosmetika, aksesuar, yemək, ev əşyaları. Qısa videoda göstərilə bilən məhsul TikTok-da daha asan satılır.

03

Telefonla video çəkə bilənlər

Studiya çəkilişi şərt deyil. Telefonla çəkilmiş sadə, səmimi videolar TikTok-da çox vaxt daha yaxşı işləyir.

Kimə uyğun deyil

TikTok reklamı videosuz işləmir. Heç bir video çəkmək imkanınız yoxdursa, başlanğıc üçün Google Ads və ya Meta reklamı daha uyğundur.

TikTok Ads xidmətinə nə daxildir?

Hesabların açılmasından satış reklamlarına qədər texniki və reklam işinin hamısını biz görürük.

  1. 01

    TikTok biznes hesabının qurulması

    Profil, bio və kateqoriya tənzimləmələri.

  2. 02

    TikTok Ads hesabının qurulması

    Reklam kabinetinin açılması və ödəniş qurulumu.

  3. 03

    Kontent ideyalarının verilməsi

    Platformanın dilinə uyğun aylıq video ideyaları.

  4. 04

    Reklamların qurulması

    Kampaniya strukturu və reklam qruplarının yaradılması.

  5. 05

    Satış üçün hədəf kütlə

    Maraq, davranış və oxşar auditoriyaların yaradılması.

  6. 06

    Satış reklamlarının verilməsi

    Baxış yox, konversiya məqsədli kampaniyalar.

  7. 07

    TikTok Pixel quraşdırılması

    Sayt hadisələrinin (səbət, alış, müraciət) düzgün ölçülməsi.

  8. 08

    Vebsayt satışlarının artırılması

    TikTok-dan gələn trafikin satışa çevrilməsi.

Daxil deyil

  • Video çəkilişi və montaj
  • Reklam büdcəsi (birbaşa TikTok-a ödənilir)
  • Sayt hazırlanması (ayrıca xidmətdir)
  • Şərhlərə və mesajlara cavab

TikTok reklam məqsədləri: hansını seçirik?

Məqsəd kampaniyanın ən vacib ayarıdır: TikTok reklamı kimə göstərəcəyini ona görə seçir.

MəqsədNə üçündürBiz nə vaxt seçirik
ReachReklamı mümkün qədər çox insana göstərməkYeni brendin və ya kampaniyanın elan edilməsi
Trafficİnsanları sayta və ya tətbiqə göndərməkPixel təzə qurulub və satış datası hələ azdır
Lead generationTikTok-un içində formadan müraciət toplamaqXidmət biznesləri: kurs, klinika, təmir
SalesSaytda, tətbiqdə və ya TikTok Shop-da satışPixel qurulub və alış hadisəsi ölçülür

Əsas hədəfimiz Sales məqsədidir, çünki pul satışa görə optimallaşdırılır. Pixel təzə qurulanda sistemin öyrənməsi üçün əvvəlcə data toplamaq lazım ola bilər.

Necə işləyirik

  1. 1
    1-ci həftə

    Hesablar və Pixel

    Biznes hesabı və reklam kabineti açılır, ödəniş qurulur. Pixel sayta bağlanır və alış hadisəsi yoxlanılır.

  2. 2
    1-ci həftə

    Auditoriya və ideyalar

    Hədəf kütlə müəyyən edilir, ilk ayın video ideyaları sizə verilir.

  3. 3
    2-ci həftə

    Kampaniyaların başlaması

    Çəkdiyiniz videolar reklam kimi qurulur, satış məqsədli kampaniyalar işə düşür.

  4. 4
    Davamlı

    Optimizasiya

    Hansı videonun və auditoriyanın satış gətirdiyinə baxırıq. Zəifləri dayandırıb büdcəni yaxşı işləyənlərə yönəldirik, növbəti ayın ideyalarını buna görə veririk.

TikTok reklamının qiyməti nədən asılıdır?

Reklam büdcəsi

Birbaşa sizin kartınızdan TikTok-a ödənilir. TikTok-un qaydasına görə günlük büdcə kampaniya səviyyəsində 50 $-dan, reklam qrupu səviyyəsində 20 $-dan çox olmalıdır. Satış kampaniyasında sistemin öyrənməsi üçün daha yüksək büdcə tövsiyə olunur.

Kampaniya > 50 $/gün · Reklam qrupu > 20 $/gün

Xidmət haqqı

Bizim işimizin haqqıdır və reklam büdcəsindən ayrıdır. Kampaniyaların sayından və işin həcmindən asılıdır. Dəqiq məbləği pulsuz auditdən sonra yazılı göndəririk.

Nəticəyə ən çox nə təsir edir

  • Videonun ilk saniyələri: izləyici dayanırmı
  • Pixel-in düzgün qurulması və alışın ölçülməsi
  • Sayt və məhsul səhifəsinin sürəti və rahatlığı
  • Büdcənin sistemin öyrənməsi üçün kifayət etməsi

TikTok reklamı üzrə işlərimiz

Bütün işlər

Tez-tez verilən suallar

Video çəkirsiniz?

Xeyr. Aylıq kontent ideyaları veririk: nə çəkmək, necə başlamaq, hansı formatda. Videoları siz və ya komandanız çəkir, biz onları reklam kimi qurub idarə edirik.

TikTok reklamı üçün minimum büdcə nə qədərdir?

TikTok-un öz qaydasına görə günlük büdcə kampaniya üçün 50 $-dan, reklam qrupu üçün 20 $-dan çox olmalıdır. Bu, texniki minimumdur. Satış kampaniyası üçün real büdcəni auditdə məhsulunuza görə hesablayırıq.

TikTok Pixel nədir və mütləqdirmi?

Pixel saytınıza qoyulan koddur və saytda baş verənləri (səbətə atma, alış, müraciət) TikTok-a ötürür. Satış məqsədli kampaniya üçün mütləqdir: sistem kimin aldığını görmədən satışa görə optimallaşdıra bilmir.

Saytım yoxdur, TikTok reklamı vermək olar?

Olar. Lead generation məqsədi ilə müraciətləri TikTok-un içindəki forma ilə toplamaq mümkündür. Amma onlayn satış üçün sayt və Pixel lazımdır.

Hesablar kimin adına olur?

Sizin. Biznes hesabı və reklam kabineti sizin adınıza açılır, ödəniş birbaşa sizin kartınızdan gedir. Əməkdaşlıq bitəndə hesablar və bütün data sizdə qalır.

TikTok, yoxsa Meta reklamı?

Videonuz varsa və məhsulunuz vizualdırsa, TikTok sınamağa dəyər. Video yoxdursa, Meta-da şəkil və karusel reklamları ilə başlamaq daha asandır. Çox vaxt ikisi birlikdə yaxşı işləyir.

Mənbələr

TikTok Ads sizə uyğundurmu? Birlikdə baxaq.

Tələbinizi yazın. Hesablarınıza və saytınıza baxıb 5 iş günü ərzində yazılı təklif göndərək. Audit pulsuzdur.