Analitika xidməti

Analitika və tracking — hər müraciətin hansı reklamdan gəldiyini görün

Google Analytics 4, Google Tag Manager, Meta Pixel və Conversions API-ni vahid sistemə salırıq. Nəticədə hansı reklamın, hansı kanalın və hansı səhifənin müraciət və satış gətirdiyi görünür — büdcə təxminlə yox, rəqəmlə bölünür.

  • GA4 və GTM qurulumu
  • Meta Pixel + Conversions API
  • WhatsApp və zəng ölçülür
  • Hesabat paneli daxil

Analitika və tracking nədir, niyə vacibdir?

Tracking — saytda baş verən vacib hərəkətlərin ölçülməsidir: forma göndərilməsi, WhatsApp və zəng düyməsinə klik, məhsulun səbətə atılması, alış. Analitika isə bu datanın oxunması və qərara çevrilməsidir. Ölçmə səhvdirsə, qalan hər şey — büdcə, kreativ, optimizasiya — təxminə çevrilir.

Bunun üçün əsas alət Google Tag Manager-dir. Google onu belə təsvir edir: saytın kodunu dəyişmədən teqləri qurmağa və idarə etməyə imkan verən sistem. Kod sayta bir dəfə əlavə olunur, sonra GA4, Meta Pixel, TikTok Pixel və Google Ads teqləri panel üzərindən idarə edilir.

GA4-də sizin üçün vacib olan hadisələr “açar hadisə” (key event) kimi işarələnir. Google-un izahına görə açar hadisələr biznes üçün vacib hərəkətləri ölçür və onlardan Google Ads-də dönüşüm yaratmaq olar — yəni reklam sistemi müraciət gətirən insanları tapmağı öyrənir. Ölçmə nə qədər düzgündürsə, reklam da bir o qədər yaxşı işləyir.

Kiçik, amma vacib ayar: GA4-də istifadəçi datası 2 və ya 14 ay saxlanıla bilir və bu, ətraflı araşdırma hesabatlarına təsir edir. Hər qurulumda bunu yoxlayır və 14 ay seçirik.

Analitika xidməti kimlər üçün uyğundur?

01

Rəqəmləri uyuşmayanlar

Meta bir rəqəm, Google başqa, sayt üçüncü rəqəm göstərir. Hansına inanmaq lazım olduğu bilinmir.

02

WhatsApp və zənglə satanlar

Müraciətlərin çoxu WhatsApp-a və telefona gəlir, amma heç yerdə sayılmır. Hər klikin mənbəyini ölçürük.

03

Reklam büdcəsini artırmaq istəyənlər

Büdcəni artırmazdan əvvəl hansı kampaniyanın həqiqətən müraciət gətirdiyini bilmək lazımdır.

Kimə uyğun deyil

Saytınız yoxdursa və satış tamamilə Instagram Direct-də gedirsə, GA4 və GTM qurulumu məhdud fayda verir. Belə halda əvvəlcə sadə satış səhifəsi və ya reklam kabinetinin öz ölçmələri kifayətdir.

Analitika xidmətinə nə daxildir?

Auditdən hesabat panelinə qədər bütün ölçmə işini biz görürük. Sizdən hesablara giriş və biznesinizin vacib hərəkətlərinin siyahısı lazımdır.

  1. 01

    Mövcud ölçmənin auditi

    Hansı teq işləyir, hansı təkrarlanır, hansı boşdur — yazılı nəticə.

  2. 02

    Ölçmə planı

    Hansı hadisənin hansı sistemə, hansı adla ötürüləcəyi cədvəldə razılaşdırılır.

  3. 03

    Google Tag Manager

    Qurulum, vahid adlandırma standartı və bütün teqlərin bir yerdən idarəsi.

  4. 04

    Google Analytics 4

    Hadisələr, açar hadisələr, data saxlama müddəti və Google Ads ilə bağlantı.

  5. 05

    Meta Pixel və Conversions API

    Brauzer bloklasa da, hadisələrin server tərəfdən ötürülməsi.

  6. 06

    TikTok, LinkedIn və Google Ads teqləri

    İstifadə etdiyiniz bütün reklam platformaları üçün dönüşümlər.

  7. 07

    Yoxlama

    Hər hadisə Preview və DebugView-da test olunur, real müraciətlə yoxlanılır.

  8. 08

    Hesabat paneli

    Looker Studio-da kanal üzrə xərc, müraciət və bir müraciətin qiyməti — bir səhifədə.

Daxil deyil

  • Reklam kampaniyalarının idarəsi (ayrıca xidmətdir)
  • Saytın kodunun yenidən yazılması
  • CRM sisteminin hazırlanması (ayrıca xidmətdir)
  • Bütün sistemlərdə rəqəmlərin 100% üst-üstə düşməsi

Hansı hadisələri ölçürük?

Hər biznesin “müraciət”i fərqlidir. Hadisələrin siyahısını sizinlə birlikdə müəyyən edirik.

HadisəNə ölçürKimə vacibdir
Forma göndərilməsiSaytdakı müraciət, qeydiyyat və ya sifariş formasıDemək olar ki, hər sayt
WhatsApp klikWhatsApp düyməsinə basıb yazışmaya keçən ziyarətçiSatışı yazışmada gedən bizneslər
Zəng klikTelefon nömrəsinə basıb zəng edən ziyarətçiXidmət, təmir, klinika, təcili xidmətlər
Səbət və alışMəhsulun səbətə atılması, ödəniş və satış məbləğiOnlayn mağazalar
Biznesə xas hadisəOnlayn qeydiyyat, sınaq dərsinə yazılma, kalkulyator istifadəsiKlinika, kurs, xidmət şirkətləri

Hadisələr bütün sistemlərdə — GA4, Meta, Google Ads, TikTok — eyni adla və eyni dəyərlə ötürülür ki, hesabatları müqayisə etmək mümkün olsun.

Necə işləyirik

  1. 1
    1–2 gün

    Audit

    Mövcud teqləri, hadisələri və hesabları yoxlayırıq, nəticəni yazılı göndəririk.

  2. 2
    3–5 gün

    Ölçmə planı

    Hansı hadisənin hara ötürüləcəyi cədvəldə sizinlə razılaşdırılır.

  3. 3
    1-ci həftə

    Qurulum

    GTM, GA4, piksellər və server ötürməsi qurulur.

  4. 4
    2-ci həftə

    Yoxlama və hesabat

    Hər hadisə test olunur, hesabat paneli və qurulumun yazılı xəritəsi təhvil verilir.

Analitika qurulumunun qiyməti nədən asılıdır?

Birdəfəlik qurulum

Audit, ölçmə planı, GTM, GA4, piksellər, yoxlama və hesabat paneli. Təxminən 1–2 həftə.

1–2 həftə

Aylıq dəstək

Yeni kampaniyalar, yeni səhifələr və dəyişən ehtiyaclar üçün ölçmənin yenilənməsi və aylıq hesabat. İstəyə bağlıdır.

İstəyə bağlı

Qiymətə nə təsir edir

  • Ölçüləcək hadisələrin sayı
  • Reklam platformalarının sayı
  • Server tərəfli ötürmənin (Conversions API) lazım olub-olmaması
  • Saytın texniki quruluşu və onlayn mağaza olub-olmaması

Dəqiq qiyməti auditdən sonra yazılı təklifdə göndəririk.

Tez-tez verilən suallar

Saytın kodu mənə məxsus deyil. Quraşdırmaq olar?

Əksər halda bəli. Google Tag Manager kodu bir dəfə əlavə olunur, qalan teqlər koda toxunmadan panel üzərindən idarə edilir. Bunun üçün saytın proqramçısı ilə qısa bir əlaqə kifayətdir.

Rəqəmlər niyə tam üst-üstə düşmür?

Çünki hər sistem fərqli sayır: reklam platformaları reklamı görən və ya klikləyən insanın sonrakı günlərdəki hərəkətini öz reklamına yazır, GA4 öz atribusiya qaydası ilə hesablayır, sayt isə yalnız tamamlanan sifarişi görür. Məqsəd rəqəmləri eyni etmək deyil, fərqi kiçik saxlamaq və hansı sistemin nəyi saydığını bilməkdir.

Server-side tracking hamıya lazımdır?

Xeyr. Brauzer bloklayıcıları və telefon məhdudiyyətləri hadisələrin bir hissəsini itirir, server ötürməsi bunu bərpa edir. Reklam büdcəsi kiçikdirsə, fərq çox vaxt xərcə dəymir. Belə halda standart quraşdırma kifayətdir.

WhatsApp-dan gələn müraciətləri ölçmək olar?

Bəli. WhatsApp düyməsinə hər klik ayrıca hadisə kimi ölçülür və hansı reklamdan, hansı səhifədən gəldiyi görünür. Yazışmanın özü ölçülmür, amma müraciətə başlayanların sayı və mənbəyi görünür.

Şəxsi məlumatlar necə qorunur?

Ad, telefon və e-poçt reklam platformalarına açıq şəkildə yox, yalnız şifrələnmiş (hash) formada ötürülür. Lazım olduqda sayta kuki razılığı bildirişi də əlavə edilir.

Mövcud GA4 hesabım silinəcək?

Xeyr. Əvvəlcə audit edirik: hansı hadisə düzgün işləyir, hansı təkrarlanır, hansı boşdur. Köhnə data saxlanılır, yalnız səhv və təkrarlanan teqlər dayandırılır.

Mənbələr

Analitika və tracking sizə uyğundurmu? Birlikdə baxaq.

Tələbinizi yazın. Hesablarınıza və saytınıza baxıb 5 iş günü ərzində yazılı təklif göndərək. Audit pulsuzdur.