Xidmətlər

Sayt, CRM, reklam, SEO, sosial şəbəkə və analitika. Hər xidməti ayrıca götürmək olar, amma ən yaxşı nəticə onlar birlikdə işləyəndə alınır.

Hansı xidmət sizə lazımdır?

Vəziyyətinizi seçin, sizə uyğun xidmətə baxın. Əmin deyilsinizsə, pulsuz auditdə birlikdə müəyyən edək.

Müştəri xidmətimi Google-da axtarır

Məhsulu göstərmək və tələb yaratmaq lazımdır

Şirkətlərə (B2B) satıram

Saytım yoxdur və ya satmır

Müraciətlər, anbar və ya kadr işi Excel-də itir

Brendimin loqosu və vahid üslubu yoxdur

Hansı reklamın satdığını bilmirəm

Haradan başlayacağımı bilmirəm

Bütün xidmətlər

  • Facebook
  • Instagram
  • Remarketinq

Meta Ads

Kampaniya strukturu, auditoriya qatları və hər kreativin nəticəsini göstərən ölçmə.

Ətraflı
  • Pixel
  • Satış reklamı
  • Hədəf kütlə

TikTok Ads

TikTok biznes və reklam hesabının qurulması, Pixel, satış üçün hədəf kütlə və konversiya kampaniyaları.

Ətraflı
  • B2B
  • Lead Gen Form
  • Insight Tag

LinkedIn Ads

Vəzifə, şirkət və sahəyə görə hədəfləmə — qərar verən insana birbaşa çatan B2B reklamı.

Ətraflı
  • Texniki SEO
  • Kontent
  • Linklər

SEO xidməti

Texniki audit, açar söz xəritəsi və kontent planı — reklam dayananda da işləyir.

Ətraflı
  • Landing
  • Korporativ
  • E-ticarət

Sayt hazırlanması

Satış səhifəsi, korporativ sayt və onlayn mağaza — dizayn, kod və sürət bir paketdə.

Ətraflı
  • Marketinq CRM
  • Anbar
  • HR

CRM sistemləri

Satış, anbar, təhsil, tikinti, logistika və bank üçün CRM — hazır həllər və sahənizə uyğun fərdi sistem.

Ətraflı
  • GA4
  • GTM
  • CAPI

Analitika və tracking

GA4, GTM və server tərəfli izləmə. Hesabat bir səhifədə yığılır.

Ətraflı
  • Instagram
  • TikTok
  • Kontent plan

Sosial şəbəkə idarəsi

Aylıq kontent planı, çəkiliş ssenariləri və icma idarəsi.

Ətraflı
  • Audit
  • Media plan
  • Mövqeləmə

Marketinq strategiyası

Auditoriya, rəqib və kanal analizi — icra qrafiki olan yazılı plan.

Ətraflı
  • UGC
  • Kopiraytinq
  • Motion

Kreativ və kontent

Reklam üçün banner, karusel, video montajı və mətnlər. Hansı variantın işlədiyini testlə tapırıq.

Ətraflı
  • Loqo
  • Brendbuk
  • Vizual üslub

Loqo və brendbuk

Loqo hazırlanması və brendbuk: rənglər, şriftlər, istifadə qaydaları və bütün fayl formatları.

Ətraflı
  • Claude
  • GTM API
  • Hesabat

AI avtomatlaşdırma

GTM qurulumu, reklam hesabatları və təkrarlanan marketinq işləri AI ilə — saatlar dəqiqələrə düşür.

Ətraflı

Tez-tez verilən suallar

Reklam büdcəsi qiymətə daxildir?

Xeyr. Xidmət haqqı ayrıdır, reklam büdcəsini siz birbaşa platformaya (Meta, Google, TikTok, LinkedIn) ödəyirsiniz.

Nəticə nə vaxt görünür?

Reklamda ilk siqnallar 2–3 həftədə gəlir, sabit nəticə üçün adətən 2 ay lazımdır. SEO-da ilk hərəkət 2–3 aya, sabit trafik 6 aydan sonra görünür.

Minimum reklam büdcəsi nə qədərdir?

Sabit rəqəm yoxdur, sahədən, kanaldan və rəqabətdən asılıdır. Dəqiq məbləği auditdə hesablayırıq. Büdcə azdırsa, əvvəlcə bir kanala fokuslanmağı təklif edirik.

Müqavilə neçə aylıqdır?

Aylıqdır və istənilən ayın sonunda dayandırmaq olar. Sayt hazırlanması və strategiya isə birdəfəlik işdir.

Hesabları kim idarə edir?

Reklam kabineti, piksel və analitika sizin adınıza açılır, biz idarəçi kimi əlavə olunuruq. Əməkdaşlıq bitəndə bütün data sizdə qalır.

Layihənizə birlikdə baxaq

Tələbinizi yazın. Hesablarınıza və saytınıza baxıb 5 iş günü ərzində yazılı təklif göndərək. Audit pulsuzdur.