SEO xidməti

SEO xidməti — saytınızı Google-da müştərinin axtardığı yerə çıxarırıq

Hər gün kimsə Google-a sizin sattığınızı yazır. SEO xidməti saytınızı həmin axtarışlarda görünən edir: texniki xətaları düzəldirik, düzgün açar sözləri seçirik, səhifə və məqalələri yazırıq. Nəticə — hər klikə pul ödəmədən gələn müştəri.

  • Pulsuz SEO audit
  • Aylıq hesabat
  • Mətnləri biz yazırıq
  • Uzunmüddətli müqavilə yoxdur

SEO nədir və necə işləyir?

SEO (Search Engine Optimization) — saytın axtarış sistemləri üçün optimallaşdırılmasıdır. Google-un öz tərifinə görə SEO axtarış sisteminə məzmununuzu başa düşməyə, istifadəçiyə isə saytınıza girib-girməməyə qərar verməyə kömək edir. Sadə dillə: Google saytınızı nə qədər yaxşı anlayırsa və səhifəniz sorğuya nə qədər yaxşı cavab verirsə, bir o qədər yuxarıda görünür.

Google bir sorğuya cavab verəndə üç işə baxır. Əvvəlcə saytınızı tapmalı və oxuya bilməlidir — bu, texniki SEO-dur. Sonra səhifənin hansı mövzuda olduğunu anlamalıdır — bunu başlıqlar, mətn və açar sözlər göstərir. Ən sonda səhifənin insana həqiqətən faydalı olub-olmadığını qiymətləndirir. SEO xidməti bu üç hissənin hamısı ilə işləyir.

Orqanik (pulsuz) nəticələrdə yer satılmır. Google yazır ki, saytları sıralamaq üçün heç kimdən pul qəbul etmir və orqanik nəticələrdə görünmək pulsuzdur. Ona görə SEO-da pul klikə yox, işin özünə gedir: bir dəfə yaxşı yazılmış və yuxarı çıxmış səhifə aylarla müştəri gətirməyə davam edir.

SEO tez nəticə vermir. Google-un özü yazır ki, bəzi dəyişikliklər bir neçə saata, bəziləri isə bir neçə aya təsir göstərir. Müştəri sabah lazımdırsa, SEO ilə paralel Google Ads-ə başlamaq daha düzgündür.

Google Ads xidməti

SEO xidməti kimlər üçün uyğundur?

01

Xidməti axtarılan bizneslər

Klinika, hüquq, təmir, kurs, yükdaşıma, servis, B2B. Ehtiyacı olan insan əvvəlcə Google-a yazır — orada sizin saytınız olmalıdır.

02

Reklam xərci artan bizneslər

Reklam dayananda müraciət də dayanır. SEO trafikin bir hissəsini hər klikə pul ödənilməyən daimi kanala keçirir.

03

Qərarı uzun verilən sahələr

Müştəri almadan əvvəl oxuyur, müqayisə edir, qiymət soruşur. Onun oxuduğu cavablar sizin saytınızda olanda etibar da sizə gəlir.

Kimə uyğun deyil

Satış 2–3 həftəyə lazımdırsa, bir dəfəlik aksiya planlaşdırırsınızsa və ya saytı yaxın aylarda tamamilə dəyişəcəksinizsə, SEO-ya başlamaq hələ tezdir. Bu halda əvvəlcə reklam, sonra SEO daha məntiqlidir.

SEO xidmətinə nə daxildir?

Texniki təmizlikdən məqalələrin yazılmasına qədər bütün işi biz görürük. Sizdən yalnız biznesi tanımaq üçün məlumat lazımdır.

  1. 01

    Texniki SEO audit

    İndeksləmə, xətalı səhifələr, təkrar məzmun, yönləndirmələr, sitemap və robots.txt.

  2. 02

    Sürət və mobil görünüş

    Core Web Vitals göstəriciləri: yüklənmə, reaksiya və səhifənin sabitliyi.

  3. 03

    Açar söz araşdırması

    Müştərinizin real yazdığı sorğular və hər sorğu üçün ayrıca səhifə planı.

  4. 04

    Rəqib analizi

    Sizin sorğularda yuxarıda kim var, nəyə görə və onların hansı boşluqları var.

  5. 05

    Səhifə optimallaşdırması

    Title, description, başlıqlar, mətnlər, şəkillər və daxili keçidlər.

  6. 06

    SEO məqalələri

    Müştərinin suallarına cavab verən, açar sözlər üzrə yazılmış bloq yazıları.

  7. 07

    Local SEO

    Google Biznes Profili, xəritədə görünmə, ünvan və əlaqə məlumatlarının düzgünlüyü.

  8. 08

    Ölçmə və hesabat

    Search Console, GA4, mövqelərin izlənməsi və aylıq yazılı hesabat.

Daxil deyil

  • Saytın sıfırdan hazırlanması (ayrıca xidmətdir)
  • Pullu link almaq və link şəbəkələri
  • Birinci yerə zəmanət
  • Bir neçə həftəyə nəticə vədi

SEO növləri: saytınıza hansı lazımdır?

SEO bir iş deyil, bir neçə istiqamətdir. Auditdə hansının ən çox problem yaratdığını tapır və işə oradan başlayırıq.

İstiqamətNə edilirNə vaxt vacibdir
Texniki SEOGoogle-un saytı tapması, oxuması və indeksləməsi; sürət, mobil, struktur dataSəhifələr Google-da görünmürsə və ya sayt yavaşdırsa
On-page SEOBaşlıqlar, mətnlər, meta məlumatlar, şəkillər və daxili keçidlərSayt indekslənib, amma lazımi sorğularda aşağıdadır
Kontent SEOAçar söz xəritəsi və müştəri suallarına cavab verən məqalələrSaytda az səhifə var və ya mətnlər ümumidir
Local SEOGoogle Biznes Profili və xəritədə görünməMüştərilər “yaxınlıqda”, “Bakıda” axtarırsa: klinika, servis, restoran
Off-page SEOSaytınıza başqa etibarlı saytlardan keçidlər və brendin tanınmasıRəqabətli sahədə texniki və məzmun işi artıq görülübsə

Yeni saytda adətən texniki SEO və açar söz xəritəsi ilə başlayırıq: təməl düzgün qurulmasa, yazılan mətnlər də işləmir.

SEO prosesi: necə işləyirik

  1. 1
    1-ci ay

    Audit və təmizlik

    Texniki audit, indeksləmə və sürət problemləri düzəldilir, Search Console və GA4 qurulur.

  2. 2
    2-ci ay

    Açar söz xəritəsi

    Sorğular səhifələrə bölünür, mövcud başlıq və mətnlər yenidən yazılır, daxili keçidlər qurulur.

  3. 3
    3-cü aydan

    Məzmun və nüfuz

    Müntəzəm SEO məqalələri, Local SEO, etibarlı xarici keçidlər, mövqelərin izlənməsi.

  4. 4
    Davamlı

    Artım

    Hansı səhifənin müraciət gətirdiyinə baxırıq, zəif mətnləri yeniləyir, rəqiblərin boş qoyduğu sorğuları tuturuq.

SEO xidmətinin qiyməti nədən asılıdır?

Kiçik sayt

20 səhifəyə qədər. Ayda 8 SEO məqaləsi, açar söz və mətn optimallaşdırması, mobil SEO, rəqib analizi, aylıq hesabat.

Ayda 8 məqalə

Orta sayt

50 səhifəyə qədər. Kiçik paketdəki hər şey, üstəlik tam texniki SEO, Local SEO, backlink analizi və ölçmə sistemləri.

Ayda 12 məqalə

Böyük sayt

100+ səhifə və ya onlayn mağaza. Orta paketdəki hər şey, üstəlik URL strukturu, şəkillərin optimallaşdırılması və e-ticarət SEO.

Ayda 20 məqalə

Qiymətə nə təsir edir

  • Saytın səhifə sayı və texniki vəziyyəti
  • Sahənizdəki rəqabət: sorğularda kimlərlə yarışırıq
  • Dil sayı: azərbaycan, rus, ingilis
  • Ayda yazılacaq məqalələrin sayı

Paketlər arasında fərq işin keyfiyyətində yox, həcmindədir. Dəqiq qiyməti pulsuz SEO auditdən sonra yazılı təklifdə göndəririk.

SEO üzrə işlərimiz

Bütün işlər

Tez-tez verilən suallar

SEO nə vaxt nəticə verir?

Google-un özü yazır ki, bəzi dəyişikliklər bir neçə saata, bəziləri bir neçə aya təsir edir. Bizim işimizdə ilk ay hazırlıq gedir, mövqelərdə hərəkət adətən 2–3-cü aydan görünür. Rəqabətli sorğularda real qiymətləndirmə üçün ən azı 6 ay lazımdır.

SEO xidmətinin qiyməti neçədir?

Qiymət saytın ölçüsündən, sahədəki rəqabətdən, dil sayından və ayda neçə məqalə yazılacağından asılıdır. Pulsuz auditdən sonra dəqiq məbləği yazılı göndəririk. Reklamdan fərqli olaraq ayrıca büdcə xərci yoxdur.

Google-da birinci yerə zəmanət verirsiniz?

Xeyr, və heç kim verə bilməz. Google-un öz qaydasında yazılıb ki, heç kim birinci yerə zəmanət verə bilməz. Zəmanət verən agentlikdən uzaq durun. Biz hər ay mövqeləri, trafiki və müraciətləri göstəririk ki, nəticəni özünüz görəsiniz.

Google Ads versəm, SEO-ya ehtiyac qalır?

Qalır. Google reklam verməyin saytın orqanik nəticələrinə heç bir təsiri olmadığını yazır. Reklam pul ödədiyiniz müddətcə işləyir, SEO isə reklam dayandıqdan sonra da trafik gətirir. Çox vaxt ən yaxşı nəticə ikisinin birlikdə işlədilməsindən gəlir.

Hər ay nə görəcəyəm?

Açar sözlər üzrə mövqelər (keçən ayla müqayisədə), Google-dan gələn trafik və müraciətlər, həmin ay görülən işlərin siyahısı, yazılan məqalələrin linkləri və növbəti ayın planı.

Saytım yoxdur və ya köhnədir. SEO-ya başlamaq olar?

SEO üçün sayt lazımdır. Sayt köhnədirsə, əvvəlcə auditlə onu düzəltməyin və ya yenidən qurmağın hansının sərfəli olduğunu deyirik. Yeni saytı isə əvvəldən SEO-ya uyğun hazırlaya bilərik.

Müqavilə uzunmüddətlidir?

Xeyr, ödəniş aylıqdır və istədiyiniz vaxt dayandıra bilərsiniz. Yazılan məqalələr və saytdakı bütün düzəlişlər sizdə qalır.

Mənbələr

SEO xidməti sizə uyğundurmu? Birlikdə baxaq.

Tələbinizi yazın. Hesablarınıza və saytınıza baxıb 5 iş günü ərzində yazılı təklif göndərək. Audit pulsuzdur.