Ana səhifə / Kurslar
Təlim
Rəqəmsal marketinq kursları — slayd izləmirsən, kampaniya qurursan
Beş kurs, hər biri ayrıca götürülə bilər. Dərslər real reklam kabineti və real sayt üzərində keçir — kurs bitəndə əlində işləyən qurulum olur.
Bələdçi
Hansı kurs sənə uyğundur
Vəziyyətini tap — kursu üstündən seç. Şübhən varsa, qeydiyyatda «Hələ araşdırıram» seç, qısa söhbətdən sonra birlikdə qərar veririk.
Marketinqi sıfırdan öyrənirəm
Reklam kabinetini heç açmamısan və ümumi mənzərə lazımdır. Rəqəmsal marketinq kursu
Saytım var, trafik lazımdır
Reklama pul vermədən Google-dan müştəri gətirmək istəyirsən. SEO kursu
Rəqəmlərə güvənmirəm
Hesabatdakı dönüşümlə real satış uyuşmur, səbəbini tapa bilmirsən. Advanced tracking kursu
Video ilə satmaq istəyirəm
Qısa video kreativləri və TikTok reklam kabineti lazımdır. TikTok Ads kursu
Developerlə eyni dildə danışmaq, hadisələri özün yoxlamaq və ölçmə sənədini özün yazmaq istəyirsənsə — dataLayer kursu məhz bunun üçündür. Beşinci kurs
Kurs 01 · Sıfırdan tam mənzərə
Rəqəmsal marketinq kursu
Reklam kabinetlərini tanımayanlar üçün başlanğıc kurs: Meta, Google, kontent və analitikanın əsasları bir sistemdə.
Proqram
Kimə uyğundur
Marketinqə yeni başlayanlar, öz biznesinin reklamını özü idarə etmək istəyənlər və şirkətdə marketinq işinə keçənlər.
Kursdan sonra
Kursun sonunda öz brendin üçün canlı kampaniya qurursan, büdcəni idarə edirsən və hesabatı köməksiz oxuyursan.
Kurs 02 · Google-da pulsuz trafik
SEO kursu
Texniki audit, açar söz araşdırması, kontent planı və yerli axtarış — saytı Google-da irəli çəkməyin praktik qaydası.
Proqram
Kimə uyğundur
Sayt sahibləri, kontent yazanlar və müştəriyə SEO xidməti satmaq istəyən frilanserlər.
Kursdan sonra
Öz saytının auditini özün aparırsan, açar söz xəritəsi qurursan və Search Console-da nəyin baş verdiyini başa düşürsən.
Kurs 03 · Ölçmənin dərin qatı
Advanced tracking kursu
Server-side tracking, Conversions API, consent və atribusiya — reklam datası itəndə problemi tapıb düzəltmək.
Proqram
Kimə uyğundur
Analitika ilə işləyən marketoloqlar, e-ticarət komandaları və GA4-ü artıq qurmuş, amma rəqəmlərə güvənməyənlər.
Kursdan sonra
Reklam hesabındakı rəqəmlə kassadakı rəqəm arasındakı fərqin səbəbini tapıb aradan qaldırırsan.
Kurs 04 · İlk üç saniyə
TikTok Ads kursu
TikTok reklam kabineti, Spark Ads və kreativ istehsalı — bu platformada büdcə deyil, kadr qazanır.
Proqram
Kimə uyğundur
SMM mütəxəssisləri, məhsul satan brendlər və video kreativ hazırlayanlar.
Kursdan sonra
Kampaniya qurursan, həftədə bir neçə kreativ variantı test edib qalibi tapırsan.
Kurs 05 · Datanın mənbəyi
dataLayer kursu
dataLayer quruluşu, e-ticarət hadisələri və developerlə ortaq dil — ölçmənin ən çox səhv qurulan hissəsi.
Proqram
Kimə uyğundur
Analitiklər, texniki marketoloqlar və developerlə birlikdə işləyən layihə rəhbərləri.
Kursdan sonra
Sayt üçün dataLayer sənədi yazırsan, developerə dəqiq tapşırıq verirsən və hadisələri özün yoxlayırsan.
Necə keçir
Bir həftənin ritmi
Hansı kursu seçməyindən asılı olmayaraq həftə eyni quruluşda gedir.
ADDIM 01
Canlı dərs
90 dəqiqə, ekran paylaşımı ilə. Sual istənilən anda verilir.
ADDIM 02
Tapşırıq
Öz brendin və ya nümunə hesab üzərində real tapşırıq.
ADDIM 03
Rəy
Hər tapşırıq fərdi yoxlanılır, səhvlər yazılı izah olunur.
ADDIM 04
Təkrar
Həftənin sonunda qısa görüş: nə alındı, nə alınmadı.
Qeydiyyat
Tələbə qeydiyyat forması
Formanı doldur — 24 saat ərzində zəng edib qrupun başlama tarixini, ödəniş şərtlərini və proqramı danışırıq.
Yeri tut
Tez-tez verilən suallar