Kurs · İlk üç saniyə
TikTok Ads kursu — video ilə satan reklam qurun
TikTok-da reklamı büdcə yox, kadr udur. Kursda reklam kabinetini qurmağı, ilk üç saniyəni tutan kreativ hazırlamağı və hər həftə bir neçə variantı test edib ən yaxşısını tapmağı öyrənirsiniz.
- Səviyyə
- Orta
- Müddət
- 4 həftə
- Dərslər
- 8 sessiya
- Format
- Onlayn qrup
TikTok Ads kursu nə öyrədir?
TikTok Ads — TikTok-un reklam platformasıdır. Reklamlar istifadəçinin lentində adi videolar arasında göstərilir. İnsan videonu bir neçə saniyədə ötürə bildiyi üçün burada ən vacib iş kreativdir: başlanğıc, ritm və mesaj.
Kursun yarısı kabinet haqqındadır: hesabın, ödənişin və Pixel-in qurulması, kampaniya məqsədləri, hədəfləmə və büdcə. Digər yarısı kreativ haqqındadır: ssenari, ilk saniyələr, montaj, Spark Ads və UGC ilə iş.
Hər həftə bir neçə kreativ variantı hazırlayıb test edirsiniz. Kursun sonunda hansı videonun niyə işlədiyini rəqəmlə göstərə bilirsiniz.
TikTok reklamlarını sizin üçün idarə etməyimizi istəyirsiniz?
TikTok Ads xidmətiBu kurs kimlər üçündür?
SMM mütəxəssisləri
Orqanik kontent hazırlayırsınız və reklam kabinetini də öyrənmək istəyirsiniz.
Məhsul satan brendlər
Auditoriyanız TikTok-dadır və video ilə satış etmək istəyirsiniz.
Video kreativ hazırlayanlar
Video çəkir və montaj edirsiniz, reklamda işləyən kreativin qaydalarını bilmək istəyirsiniz.
Nə lazımdır. Kompüter, telefon və internet. Əvvəlcədən reklam təcrübəsi şərt deyil. Kampaniyanı canlı işə salmaq istəsəniz kiçik praktika büdcəsi (30–50 ₼) kifayətdir.
Kursun sonunda nə bacaracaqsınız?
Kampaniya qurursunuz, həftədə bir neçə kreativ variantı test edib ən yaxşısını tapırsınız.
- 01
Reklam hesabını qurmaq
Biznes hesabı, Ads Manager, ödəniş və Pixel — sıfırdan işlək vəziyyətə qədər.
- 02
Düzgün məqsəd seçmək
Tanınma, trafik, müraciət və satış kampaniyalarının fərqini bilmək.
- 03
İlk saniyələri tutan kreativ
Ssenari yazmaq, hook seçmək və montaj ritmini qurmaq.
- 04
Spark Ads işlətmək
Öz və ya yaradıcının organik videosunu reklama çevirmək.
- 05
Kreativ test sistemi
Bir neçə variantı eyni şəraitdə yoxlayıb qalibi rəqəmlə seçmək.
- 06
Kampaniyanı böyütmək
İşləyən kampaniyanın büdcəsini nəticəni pozmadan artırmaq.
TikTok Ads kursu proqramı
4 həftə, 8 sessiya. Proqram 6 mövzudan ibarətdir, hər mövzu praktik tapşırıqla bitir.
- 1Mövzu 01
TikTok reklam hesabının qurulması və piksel
TikTok For Business hesabı, Ads Manager, ödəniş üsulu və saytda Pixel-in qurulması. Hadisələrin yoxlanması.
- 2Mövzu 02
Kampaniya növləri və hədəfləmə məntiqi
Kampaniya məqsədləri, reklam qrupu səviyyəsində hədəfləmə: yaş, maraq, davranış və xüsusi auditoriyalar. Büdcə və təklif növləri.
- 3Mövzu 03
Kreativ: ilk üç saniyə, ssenari, montaj ritmi
Videonun ilk saniyələri, ssenari quruluşu, subtitr və səs. Montaj ritmi və reklam kimi görünməyən reklam.
- 4Mövzu 04
Spark Ads: organik videonu reklama çevirmək
Organik videonu reklama çevirmək: icazə kodu, üstünlükləri və nə vaxt işlətmək lazımdır.
- 5Mövzu 05
UGC istehsalı və yaradıcı ilə iş
UGC nədir, yaradıcı necə tapılır, tapşırıq (brif) necə yazılır və hüquqlar necə razılaşdırılır.
- 6Mövzu 06
Test sistemi və miqyaslandırma
Kreativ testinin qaydaları, hansı göstəriciyə baxmaq, uduzan variantı nə vaxt dayandırmaq və qalibi necə böyütmək.
Kursda işlədilən alətlər
- TikTok Ads Manager
- TikTok Pixel
- Spark Ads
- CapCut
- TikTok Creative Center
Dərslər necə keçir?
Dərslər onlayn, canlı keçir. Qrupda maksimum 12 nəfər olur ki, hər tapşırığı fərdi yoxlamaq mümkün olsun. Hər həftə eyni quruluşdadır:
Canlı dərs
90 dəqiqə, ekran paylaşımı ilə. Sualı istənilən anda vermək olar.
Tapşırıq
Öz brendiniz və ya nümunə hesab üzərində real tapşırıq.
Rəy
Hər tapşırıq fərdi yoxlanılır, səhvlər yazılı izah olunur.
Təkrar
Həftənin sonunda qısa görüş: nə alındı, nə alınmadı.
| Müddət | 4 həftə, 8 sessiya |
|---|---|
| Dərs | 90 dəqiqə, canlı, qeydi qalır |
| Qrup | Maksimum 12 nəfər |
| Səviyyə | Orta |
| Sertifikat | Yekun tapşırığı təhvil verənlərə |
| Kurs haqqı | Müraciətlə — qeydiyyatdan sonra zəngdə deyilir |
Kursu kim aparır?

Namig Pashayev
Rabitəbank-da Senior Digital Marketing Expert. Əvvəl UM Azerbaijan, FINCA Azerbaijan, 166 Yükdaşıma və 166 Tech-də reklam və analitika ilə işləyib. Meta, Google, TikTok və LinkedIn reklamlarını idarə edir, Google Tag Manager və GA4 ilə ölçmə qurur.
Ətraflı
Rəsmi Google PartnerTez-tez verilən suallar
Video çəkməyi bacarmıram. Kursa qatıla bilərəm?
Bəli. Telefonla çəkiliş və sadə montaj kifayətdir, kursda bunun qaydaları göstərilir. Kabinet hissəsi isə çəkilişdən asılı deyil.
Praktika üçün reklam büdcəsi lazımdır?
Kampaniyanı canlı işə salmaq istəsəniz 30–50 ₼ kifayətdir, bu pul birbaşa TikTok-a ödənilir. İstəməsəniz tapşırıqları nümunə hesab üzərində edə bilərsiniz.
TikTok hesabımda izləyici azdır. Reklam verə bilərəm?
Bəli. Reklam izləyici sayından asılı deyil, videonu seçdiyiniz auditoriyaya göstərir. Spark Ads üçün isə hesabın öz videoları işlədilir.
Dərslərin qeydi qalır?
Bəli, bütün canlı dərslər yazılır və kursdan sonra da əlçatan olur. Dərsə qatıla bilmədiyiniz həftə qeydə baxıb tapşırığı təhvil verə bilərsiniz.
Sertifikat verilir?
Yekun tapşırığı təhvil verən hər kəs sertifikat alır. Sertifikatı LinkedIn profilinizə əlavə edə bilərsiniz.
Qeydiyyatdan sonra nə olur?
24 saat ərzində zəng edirik. Qısa söhbətdə səviyyənizi dəqiqləşdiririk və kursun sizə uyğun olub-olmadığını deyirik. Sonra qrupun başlama tarixi və ödəniş şərtləri göndərilir.
TikTok Ads kursu — qeydiyyat
Formanı doldurun. 24 saat ərzində zəng edib qrupun başlama tarixini, ödəniş şərtlərini və proqramı danışaq.
- Qeydiyyat ödənişli deyil, öhdəlik yaranmır
- Qrupda maksimum 12 nəfər, hər tapşırıq fərdi yoxlanılır
- Dərslərin qeydi qalır, materiallar sizə verilir
Yerinizi tutun
Doldurmaq 1 dəqiqə çəkir.
Digər kurslar
Bütün kurslar
Rəqəmsal marketinq kursu
Reklam kabinetlərini tanımayanlar üçün başlanğıc kurs: Meta, Google, kontent və analitikanın əsasları bir sistemdə.
Başlanğıc · 8 həftə
SEO kursu
Texniki audit, açar söz araşdırması, kontent planı və yerli axtarış — saytı Google-da irəli çəkməyin praktik qaydası.
Başlanğıc–Orta · 6 həftəAdvanced tracking kursu
Server-side tracking, Conversions API, consent və atribusiya — reklam datası itəndə problemi tapıb düzəltmək.
İrəli · 5 həftə
dataLayer kursu
dataLayer quruluşu, e-ticarət hadisələri və developerlə ortaq dil — ölçmənin ən çox səhv qurulan hissəsi.
İrəli · 4 həftə