Kurs · Ölçmənin dərin qatı

Advanced tracking kursu — reklam datasına yenidən güvənin

Reklam kabinetindəki rəqəm bir şey deyir, kassa başqa şey. Bu kursda fərqin səbəbini tapmağı və ölçməni düzgün qurmağı öyrənirsiniz: GA4, Google Tag Manager, server-side tracking və Meta Conversions API.

Səviyyə
İrəli
Müddət
5 həftə
Dərslər
10 sessiya
Format
Onlayn qrup

Advanced tracking nədir?

Tracking — saytda və ya tətbiqdə baş verən hərəkətlərin (zəng, forma, səbət, alış) ölçülməsidir. Əsas qurulum çox vaxt var, amma rəqəmlər üst-üstə düşmür: GA4 bir say göstərir, Meta başqa, Google Ads üçüncü.

Advanced tracking kursu bu problemin səbəblərinə baxır. Dönüşümün iki dəfə sayılması, brauzer məhdudiyyətləri və reklam bloklayıcıları səbəbindən itən hadisələr, razılıq (consent) qurulumu və müxtəlif atribusiya modelləri ayrı-ayrı mövzulardır.

Kursda hər mövzu Google Tag Manager-in önizləmə rejimində, GA4 DebugView-da və Meta Events Manager-də canlı yoxlanılır. Kursun sonunda bir sayt üçün ölçmə planı yazır, qurur və nəticəni Looker Studio panelində göstərirsiniz.

Ölçməni sizin yerinizə qurmağımızı istəyirsiniz?

Analitika və tracking xidməti

Bu kurs kimlər üçündür?

01

Analitika ilə işləyən marketoloqlar

GA4 və GTM ilə tanışsınız, amma daha mürəkkəb qurulumlarda ilişib qalırsınız.

02

E-ticarət komandaları

Satış rəqəmləri reklam hesabatı ilə uyuşmur və büdcə qərarını hansı rəqəmə görə verəcəyinizi bilmirsiniz.

03

Rəqəmlərə güvənməyənlər

GA4 artıq qurulub, amma nəticələrin düzgün olduğuna əmin deyilsiniz.

Nə lazımdır. Bu irəli səviyyəli kursdur: GA4 və ya reklam kabinetində ən azı əsas təcrübə lazımdır. GTM-ə girişi olan bir sayt praktikanı asanlaşdırır, yoxdursa nümunə sayt verilir. Reklam xərci yoxdur.

Kursun sonunda nə bacaracaqsınız?

Reklam hesabındakı rəqəmlə kassadakı rəqəm arasındakı fərqin səbəbini tapıb aradan qaldırırsınız.

  1. 01

    Ölçmə planı yazmaq

    Hansı hadisənin, hansı parametrlə və hansı platformaya göndəriləcəyini sənədləşdirmək.

  2. 02

    GTM-də mürəkkəb qurulum

    Dəyişənlər, tetikleyicilər və şərtlərlə hadisələri dəqiq tutmaq və debug etmək.

  3. 03

    Server-side tracking-i qiymətləndirmək

    Nə vaxt lazım olduğunu, nə verdiyini və necə qurulduğunu başa düşmək.

  4. 04

    Meta Conversions API qurmaq

    Brauzer və server hadisələrini birləşdirmək, təkrar sayılmanın qarşısını almaq.

  5. 05

    Consent Mode-u düzgün qurmaq

    İstifadəçinin razılığına uyğun ölçmə və şəxsi məlumatların qorunması.

  6. 06

    Rəqəm fərqini izah etmək

    Platformalar arasındakı fərqin səbəbini tapıb rəhbərliyə aydın izah etmək.

Advanced tracking kursu proqramı

5 həftə, 10 sessiya. Proqram 7 mövzudan ibarətdir, hər mövzu praktik tapşırıqla bitir.

  1. 1
    Mövzu 01

    GA4 hadisə modeli və dönüşümlərin düzgün qurulması

    GA4-ün hadisə modeli, parametrlər və əsas hadisələr (key events). Dönüşümün düzgün seçilməsi və Google Ads-ə ötürülməsi.

  2. 2
    Mövzu 02

    Google Tag Manager: dəyişənlər, tetikleyicilər, debug

    GTM-in quruluşu: teqlər, tetikleyicilər, dəyişənlər. Önizləmə rejimi ilə debug və versiyalarla təhlükəsiz dərc.

  3. 3
    Mövzu 03

    Server-side tracking: nə vaxt lazımdır, necə qurulur

    Server-side tracking-in brauzer tracking-dən fərqi, üstünlükləri və xərcləri. Server konteynerinin qurulması.

  4. 4
    Mövzu 04

    Meta Conversions API və hadisə uyğunluğu (event match)

    Conversions API ilə server hadisələri, event_id ilə təkrarın aradan qaldırılması və hadisə uyğunluğu (event match) keyfiyyəti.

  5. 5
    Mövzu 05

    Consent Mode və şəxsi məlumatların qorunması

    Consent Mode-un rejimləri, kuki bannerinin GTM ilə bağlanması və şəxsi məlumatların hesabatdan kənarda saxlanması.

  6. 6
    Mövzu 06

    Atribusiya modelləri: rəqəmlər niyə üst-üstə düşmür

    Atribusiya modelləri və pəncərələri. GA4, Google Ads və Meta-nın eyni satışı niyə fərqli saydığını izah etmək.

  7. 7
    Mövzu 07

    Looker Studio ilə hesabat paneli

    GA4 və reklam datasını bir paneldə birləşdirmək. Rəhbərlik üçün oxunaqlı hesabat hazırlamaq.

Kursda işlədilən alətlər

  • Google Tag Manager
  • GA4 DebugView
  • Server-side GTM
  • Meta Events Manager
  • Looker Studio

Dərslər necə keçir?

Dərslər onlayn, canlı keçir. Qrupda maksimum 12 nəfər olur ki, hər tapşırığı fərdi yoxlamaq mümkün olsun. Hər həftə eyni quruluşdadır:

01

Canlı dərs

90 dəqiqə, ekran paylaşımı ilə. Sualı istənilən anda vermək olar.

02

Tapşırıq

Öz brendiniz və ya nümunə hesab üzərində real tapşırıq.

03

Rəy

Hər tapşırıq fərdi yoxlanılır, səhvlər yazılı izah olunur.

04

Təkrar

Həftənin sonunda qısa görüş: nə alındı, nə alınmadı.

Müddət5 həftə, 10 sessiya
Dərs90 dəqiqə, canlı, qeydi qalır
QrupMaksimum 12 nəfər
Səviyyəİrəli
SertifikatYekun tapşırığı təhvil verənlərə
Kurs haqqıMüraciətlə — qeydiyyatdan sonra zəngdə deyilir

Kursu kim aparır?

Namig Pashayev

Namig Pashayev

Rabitəbank-da Senior Digital Marketing Expert. Əvvəl UM Azerbaijan, FINCA Azerbaijan, 166 Yükdaşıma və 166 Tech-də reklam və analitika ilə işləyib. Meta, Google, TikTok və LinkedIn reklamlarını idarə edir, Google Tag Manager və GA4 ilə ölçmə qurur.

Ətraflı
Google PartnerRəsmi Google Partner

Tez-tez verilən suallar

GA4-ü heç işlətməmişəm. Bu kurs mənə uyğundur?

Tövsiyə etmirik. Bu kurs irəli səviyyədir. Əvvəlcə Rəqəmsal marketinq kursunu keçmək və ya GA4-də bir müddət işləmək daha yaxşıdır.

Proqramlaşdırma bilmək lazımdır?

Dərin proqramlaşdırma lazım deyil, amma HTML və JavaScript-in əsaslarını tanımaq işi asanlaşdırır. Lazım olan hissələr dərsdə izah olunur.

Server-side tracking üçün pul lazımdır?

Server konteyneri üçün server xərci olur. Kursda bunu pulsuz test mühitində göstəririk, real layihədə xərcin nədən asılı olduğunu da izah edirik.

Dərslərin qeydi qalır?

Bəli, bütün canlı dərslər yazılır və kursdan sonra da əlçatan olur. Dərsə qatıla bilmədiyiniz həftə qeydə baxıb tapşırığı təhvil verə bilərsiniz.

Sertifikat verilir?

Yekun tapşırığı təhvil verən hər kəs sertifikat alır. Sertifikatı LinkedIn profilinizə əlavə edə bilərsiniz.

Qeydiyyatdan sonra nə olur?

24 saat ərzində zəng edirik. Qısa söhbətdə səviyyənizi dəqiqləşdiririk və kursun sizə uyğun olub-olmadığını deyirik. Sonra qrupun başlama tarixi və ödəniş şərtləri göndərilir.

Advanced tracking kursu — qeydiyyat

Formanı doldurun. 24 saat ərzində zəng edib qrupun başlama tarixini, ödəniş şərtlərini və proqramı danışaq.

  • Qeydiyyat ödənişli deyil, öhdəlik yaranmır
  • Qrupda maksimum 12 nəfər, hər tapşırıq fərdi yoxlanılır
  • Dərslərin qeydi qalır, materiallar sizə verilir

Yerinizi tutun

Doldurmaq 1 dəqiqə çəkir.

Öhdəlik yoxdur · Məlumatlar paylaşılmır