Kurs · Sıfırdan tam mənzərə
Rəqəmsal marketinq kursu — sıfırdan ilk kampaniyaya qədər
Meta, Google, kontent və analitikanı ayrı-ayrı mövzu kimi yox, bir sistem kimi öyrənirsiniz. 8 həftənin sonunda öz brendiniz üçün qurduğunuz canlı kampaniya və onu oxumağı bacardığınız hesabat olur.
- Səviyyə
- Başlanğıc
- Müddət
- 8 həftə
- Dərslər
- 16 sessiya
- Format
- Onlayn qrup
Rəqəmsal marketinq kursu nədir?
Rəqəmsal marketinq — məhsul və ya xidməti internet kanalları ilə satmaqdır: sosial şəbəkə reklamı, Google axtarışı, kontent və bu işlərin nəticəsini ölçən analitika. Çox kurs bu kanalları bir-birindən ayrı danışır. Real işdə isə onlar bağlıdır: reklam mesajı auditoriyadan, kreativ mesajdan, büdcə qərarı isə analitikadan asılıdır.
Bu kurs həmin bağlılığı öyrədir. Əvvəlcə kimə, nə və hansı təkliflə satdığınızı müəyyən edirsiniz. Sonra Meta Ads və Google Ads kabinetlərində kampaniya qurursunuz, kontent planı hazırlayırsınız və GA4-də nəticəni oxuyursunuz.
Dərslər slayd üzərində keçmir. Hər mövzu real reklam kabinetində göstərilir və elə həmin həftə tapşırıq kimi öz hesabınızda təkrarlanır. Yekun layihə öz brendiniz və ya seçdiyiniz biznes üçün tam kampaniyadır.
Kampaniyanı özünüz yox, peşəkar komanda ilə qurmaq istəyirsiniz? Bunu xidmət kimi də edirik.
Meta Ads xidmətiBu kurs kimlər üçündür?
Marketinqə yeni başlayanlar
Sahəyə keçmək istəyirsiniz, amma hansı mövzudan başlamaq lazım olduğunu bilmirsiniz. Kurs ümumi mənzərəni və ilk praktik təcrübəni verir.
Biznes sahibləri
Reklamı özünüz idarə etmək və ya ən azı agentliyin nə etdiyini başa düşmək istəyirsiniz.
Şirkətdə marketinqə keçənlər
Satış, dizayn və ya başqa vəzifədən marketinq işinə keçirsiniz və tez işə qoşulmalısınız.
Nə lazımdır. Kompüter və internet. Əvvəlcədən bilik tələb olunmur. Praktika üçün kiçik reklam büdcəsi (30–50 ₼) kifayətdir, istəməsəniz tapşırıqları nümunə hesabda edirsiniz.
Kursun sonunda nə bacaracaqsınız?
Kursun sonunda öz brendiniz üçün canlı kampaniya qurursunuz, büdcəni idarə edirsiniz və hesabatı köməksiz oxuyursunuz.
- 01
Auditoriya və təklifi müəyyən etmək
Kimə satdığınızı, hansı problemi həll etdiyinizi və bunu necə deyəcəyinizi bir səhifədə yazmaq.
- 02
Meta Ads kampaniyası qurmaq
Hesab, kampaniya məqsədi, auditoriya və reklam — Facebook və Instagram üçün sıfırdan.
- 03
Google axtarış reklamı qurmaq
Açar sözləri seçmək, reklam qruplarını bölmək və uyğunsuz sorğulardan qorunmaq.
- 04
Kontent planı hazırlamaq
Bir ay üçün nə paylaşılacağını və hansı kreativin reklama gedəcəyini planlamaq.
- 05
GA4 hesabatını oxumaq
Trafikin haradan gəldiyini, hansı kanalın müraciət gətirdiyini görmək.
- 06
Büdcə qərarı vermək
Rəqəmə baxıb hansı kampaniyanı saxlamaq, hansını dayandırmaq lazım olduğunu bilmək.
Rəqəmsal marketinq kursu proqramı
8 həftə, 16 sessiya. Proqram 6 mövzudan ibarətdir, hər mövzu praktik tapşırıqla bitir.
- 1Mövzu 01
Marketinqin təməli: auditoriya, mesaj, təklif
Auditoriya, problem və təklif. Rəqiblərə baxmaq və mesajı bir cümləyə salmaq. Bütün sonrakı dərslər bu əsas üzərində qurulur.
- 2Mövzu 02
Meta Ads: hesab quruluşu, kampaniya növləri, auditoriya qatları
Biznes Menecer və reklam hesabının quruluşu, kampaniya məqsədləri, auditoriya növləri: geniş, maraqlara görə, sayt ziyarətçiləri və oxşar auditoriya.
- 3Mövzu 03
Google Ads: axtarış kampaniyaları və açar söz məntiqi
Axtarış kampaniyasının məntiqi: açar söz, uyğunluq növləri, mənfi açar sözlər və reklam mətni. İnsan nə yazanda reklamınız çıxmalıdır.
- 4Mövzu 04
Kontent və kreativ: nə çəkmək, nə yazmaq
Hansı formatın nə üçün işlədiyi: post, story, reels, qısa video. Kreativi mesaja necə bağlamaq və ayın kontent planını necə qurmaq.
- 5Mövzu 05
Analitikanın əsasları: GA4 hesabatlarını oxumaq
GA4-də əsas hesabatlar: trafik mənbələri, hadisələr və dönüşümlər. Reklam kabinetindəki rəqəmlə saytdakı rəqəmi müqayisə etmək.
- 6Mövzu 06
Yekun layihə: öz kampaniyanızı qurub təhvil verirsiniz
Öz brendiniz və ya seçdiyiniz biznes üçün tam kampaniya: auditoriya, mesaj, kreativ, qurulum və ilk nəticələrin hesabatı. Layihə fərdi yoxlanılır.
Kursda işlədilən alətlər
- Meta Business Suite
- Meta Ads Manager
- Google Ads
- Google Analytics 4
- Canva
Dərslər necə keçir?
Dərslər onlayn, canlı keçir. Qrupda maksimum 12 nəfər olur ki, hər tapşırığı fərdi yoxlamaq mümkün olsun. Hər həftə eyni quruluşdadır:
Canlı dərs
90 dəqiqə, ekran paylaşımı ilə. Sualı istənilən anda vermək olar.
Tapşırıq
Öz brendiniz və ya nümunə hesab üzərində real tapşırıq.
Rəy
Hər tapşırıq fərdi yoxlanılır, səhvlər yazılı izah olunur.
Təkrar
Həftənin sonunda qısa görüş: nə alındı, nə alınmadı.
| Müddət | 8 həftə, 16 sessiya |
|---|---|
| Dərs | 90 dəqiqə, canlı, qeydi qalır |
| Qrup | Maksimum 12 nəfər |
| Səviyyə | Başlanğıc |
| Sertifikat | Yekun tapşırığı təhvil verənlərə |
| Kurs haqqı | Müraciətlə — qeydiyyatdan sonra zəngdə deyilir |
Kursu kim aparır?

Namig Pashayev
Rabitəbank-da Senior Digital Marketing Expert. Əvvəl UM Azerbaijan, FINCA Azerbaijan, 166 Yükdaşıma və 166 Tech-də reklam və analitika ilə işləyib. Meta, Google, TikTok və LinkedIn reklamlarını idarə edir, Google Tag Manager və GA4 ilə ölçmə qurur.
Ətraflı
Rəsmi Google PartnerTez-tez verilən suallar
Heç təcrübəm yoxdur. Bu kurs mənə uyğundur?
Bəli, kurs məhz sıfırdan başlayanlar üçündür. İlk dərsdə reklam kabinetini birlikdə açırıq, hər addım ekranda göstərilir.
Praktika üçün reklam büdcəsi lazımdır?
Kampaniyanı canlı işə salmaq istəsəniz 30–50 ₼ kifayətdir, bu pul birbaşa Meta və ya Google-a ödənilir. İstəməsəniz bütün tapşırıqları nümunə hesab üzərində edə bilərsiniz.
Kursdan sonra hansı kursu keçməliyəm?
Saytınız varsa SEO kursu, video reklamla satırsınızsa TikTok Ads kursu, rəqəmlərə daha dərindən baxmaq istəyirsinizsə Advanced tracking kursu məntiqli davamdır.
Dərslərin qeydi qalır?
Bəli, bütün canlı dərslər yazılır və kursdan sonra da əlçatan olur. Dərsə qatıla bilmədiyiniz həftə qeydə baxıb tapşırığı təhvil verə bilərsiniz.
Sertifikat verilir?
Yekun tapşırığı təhvil verən hər kəs sertifikat alır. Sertifikatı LinkedIn profilinizə əlavə edə bilərsiniz.
Qeydiyyatdan sonra nə olur?
24 saat ərzində zəng edirik. Qısa söhbətdə səviyyənizi dəqiqləşdiririk və kursun sizə uyğun olub-olmadığını deyirik. Sonra qrupun başlama tarixi və ödəniş şərtləri göndərilir.
Rəqəmsal marketinq kursu — qeydiyyat
Formanı doldurun. 24 saat ərzində zəng edib qrupun başlama tarixini, ödəniş şərtlərini və proqramı danışaq.
- Qeydiyyat ödənişli deyil, öhdəlik yaranmır
- Qrupda maksimum 12 nəfər, hər tapşırıq fərdi yoxlanılır
- Dərslərin qeydi qalır, materiallar sizə verilir
Yerinizi tutun
Doldurmaq 1 dəqiqə çəkir.
Digər kurslar
Bütün kurslar
SEO kursu
Texniki audit, açar söz araşdırması, kontent planı və yerli axtarış — saytı Google-da irəli çəkməyin praktik qaydası.
Başlanğıc–Orta · 6 həftəAdvanced tracking kursu
Server-side tracking, Conversions API, consent və atribusiya — reklam datası itəndə problemi tapıb düzəltmək.
İrəli · 5 həftə
TikTok Ads kursu
TikTok reklam kabineti, Spark Ads və kreativ istehsalı — bu platformada büdcə deyil, kadr qazanır.
Orta · 4 həftə
dataLayer kursu
dataLayer quruluşu, e-ticarət hadisələri və developerlə ortaq dil — ölçmənin ən çox səhv qurulan hissəsi.
İrəli · 4 həftə