Kurs · Google-da pulsuz trafik
SEO kursu — saytı Google-da irəli çəkməyi öyrənin
Saytınızın auditini özünüz aparmağı, açar söz xəritəsi qurmağı və Search Console-da nə baş verdiyini başa düşməyi öyrənirsiniz. Bütün tapşırıqlar öz saytınız və ya nümunə sayt üzərində edilir.
- Səviyyə
- Başlanğıc–Orta
- Müddət
- 6 həftə
- Dərslər
- 12 sessiya
- Format
- Onlayn qrup
SEO kursu nədir və nə öyrədir?
SEO (axtarış sistemi optimallaşdırması) — saytı Google-un pulsuz nəticələrində daha yuxarı çıxarmaq üçün görülən işdir. Reklamdan fərqli olaraq kliklərə pul ödənilmir, amma nəticə üçün vaxt və ardıcıl iş lazımdır.
Kurs SEO-nu üç hissəyə bölür. Texniki hissə: Google saytı tapa, oxuya və indeksə sala bilirmi. Məzmun hissəsi: insanların axtardığı suala səhifədə cavab varmı. Etibar hissəsi: sayt və biznes haqqında başqa yerlərdə nə yazılır, Google Biznes Profili necə qurulub.
Hər mövzudan sonra öyrəndiyinizi saytda tətbiq edirsiniz. Kursun sonunda əlinizdə saytın audit sənədi, açar söz xəritəsi və növbəti aylar üçün kontent planı olur.
SEO-nu özünüz yox, bizim komandaya tapşırmaq istəyirsiniz?
SEO xidmətiSEO kursu kimlər üçündür?
Sayt sahibləri
Saytınız var, amma Google-dan az ziyarətçi gəlir və səbəbini bilmirsiniz.
Kontent yazanlar
Bloq və məqalə yazırsınız və mətnin axtarışda tapılmasını istəyirsiniz.
Frilanserlər və marketoloqlar
Müştəriyə SEO xidməti təklif etmək və işi əsaslandırılmış audit ilə başlamaq istəyirsiniz.
Nə lazımdır. Kompüter və internet. Proqramlaşdırma bilmək lazım deyil. Öz saytınız və ya Search Console girişi olan bir sayt praktikanı daha faydalı edir, yoxdursa nümunə saytla işləyirik. Reklam xərci yoxdur.
Kursun sonunda nə bacaracaqsınız?
Saytınızın auditini özünüz aparırsınız, açar söz xəritəsi qurursunuz və Search Console-da nəyin baş verdiyini başa düşürsünüz.
- 01
Açar söz xəritəsi qurmaq
Hansı sorğunun hansı səhifəyə aid olduğunu və axtarış niyyətini müəyyən etmək.
- 02
Texniki audit aparmaq
İndeksləmə, sürət, sitemap, kanonik URL və təkrar səhifə problemlərini tapmaq.
- 03
Səhifəni optimallaşdırmaq
Başlıq, meta təsvir, başlıq quruluşu və daxili linkləri düzgün yazmaq.
- 04
Axtarışda işləyən mətn yazmaq
Sualı cavablandıran, quruluşlu və oxunaqlı məqalə hazırlamaq.
- 05
Google Biznes Profilini qurmaq
Xəritədə və yerli axtarışda görünmək üçün profili düzgün doldurmaq.
- 06
Search Console-u oxumaq
Hansı sorğularla göründüyünüzü, kliklərin və mövqelərin necə dəyişdiyini izləmək.
SEO kursu proqramı
6 həftə, 12 sessiya. Proqram 7 mövzudan ibarətdir, hər mövzu praktik tapşırıqla bitir.
- 1Mövzu 01
Axtarış sistemi necə işləyir: taramaq, indeksləmək, sıralamaq
Google səhifəni necə tapır, oxuyur və nəticələrdə hansı sıraya qoyur. SEO-da nəyə təsir edə bilərik, nəyə yox.
- 2Mövzu 02
Açar söz araşdırması və axtarış niyyəti
Açar söz alətləri, axtarış həcmi və rəqabət. Məlumat, müqayisə və alış niyyətli sorğuları ayırmaq. Saytın açar söz xəritəsi.
- 3Mövzu 03
Texniki SEO: sürət, indeksləmə, sitemap, kanonik URL
İndeksləmə problemləri, robots.txt, sitemap, kanonik URL, səhifə sürəti və mobil görünüş. Saytınızın texniki auditi.
- 4Mövzu 04
Səhifədaxili SEO: başlıq, meta, struktur, daxili linkləmə
Title, meta təsvir, H1–H3 quruluşu, şəkil adları və daxili linklər. Bir səhifəni addım-addım optimallaşdırmaq.
- 5Mövzu 05
Kontent: Google-da işləyən mətn necə yazılır
Axtarış niyyətinə uyğun məqalə planı, quruluş və mətnin yazılması. Kontent təqvimi hazırlamaq.
- 6Mövzu 06
Yerli SEO və Google Biznes Profili
Google Biznes Profili: kateqoriya, xidmətlər, şəkillər, rəylər. Yerli axtarışda görünməyə təsir edən amillər.
- 7Mövzu 07
Search Console və mövqe izləmə ilə ölçmə
Search Console hesabatları: performans, indeksləmə, təkmilləşdirmələr. Mövqe izləmə və aylıq SEO hesabatı.
Kursda işlədilən alətlər
- Google Search Console
- Google Analytics 4
- Google Biznes Profili
- PageSpeed Insights
- Açar söz alətləri
Dərslər necə keçir?
Dərslər onlayn, canlı keçir. Qrupda maksimum 12 nəfər olur ki, hər tapşırığı fərdi yoxlamaq mümkün olsun. Hər həftə eyni quruluşdadır:
Canlı dərs
90 dəqiqə, ekran paylaşımı ilə. Sualı istənilən anda vermək olar.
Tapşırıq
Öz brendiniz və ya nümunə hesab üzərində real tapşırıq.
Rəy
Hər tapşırıq fərdi yoxlanılır, səhvlər yazılı izah olunur.
Təkrar
Həftənin sonunda qısa görüş: nə alındı, nə alınmadı.
| Müddət | 6 həftə, 12 sessiya |
|---|---|
| Dərs | 90 dəqiqə, canlı, qeydi qalır |
| Qrup | Maksimum 12 nəfər |
| Səviyyə | Başlanğıc–Orta |
| Sertifikat | Yekun tapşırığı təhvil verənlərə |
| Kurs haqqı | Müraciətlə — qeydiyyatdan sonra zəngdə deyilir |
Kursu kim aparır?

Namig Pashayev
Rabitəbank-da Senior Digital Marketing Expert. Əvvəl UM Azerbaijan, FINCA Azerbaijan, 166 Yükdaşıma və 166 Tech-də reklam və analitika ilə işləyib. Meta, Google, TikTok və LinkedIn reklamlarını idarə edir, Google Tag Manager və GA4 ilə ölçmə qurur.
Ətraflı
Rəsmi Google PartnerTez-tez verilən suallar
SEO kursu üçün proqramlaşdırma bilmək lazımdır?
Xeyr. Texniki SEO mövzularında nəyin yoxlanacağını və developerə nə tapşırılacağını öyrənirsiniz, kod yazmaq tələb olunmur.
Saytım yoxdur. Kursa qatıla bilərəm?
Bəli. Tapşırıqları nümunə sayt üzərində edirik. Amma öz saytınız və ya işlədiyiniz şirkətin saytı varsa, praktika birbaşa nəticəyə çevrilir.
Kursdan sonra saytım nə vaxt yuxarı çıxacaq?
Bunu heç kim dəqiq vəd edə bilməz. Google-un özü də yazır ki, dəyişikliklərin təsiri bir neçə saatdan bir neçə aya qədər çəkə bilər. Kurs sizə nəyi və hansı ardıcıllıqla düzəltmək lazım olduğunu öyrədir.
Dərslərin qeydi qalır?
Bəli, bütün canlı dərslər yazılır və kursdan sonra da əlçatan olur. Dərsə qatıla bilmədiyiniz həftə qeydə baxıb tapşırığı təhvil verə bilərsiniz.
Sertifikat verilir?
Yekun tapşırığı təhvil verən hər kəs sertifikat alır. Sertifikatı LinkedIn profilinizə əlavə edə bilərsiniz.
Qeydiyyatdan sonra nə olur?
24 saat ərzində zəng edirik. Qısa söhbətdə səviyyənizi dəqiqləşdiririk və kursun sizə uyğun olub-olmadığını deyirik. Sonra qrupun başlama tarixi və ödəniş şərtləri göndərilir.
SEO kursu — qeydiyyat
Formanı doldurun. 24 saat ərzində zəng edib qrupun başlama tarixini, ödəniş şərtlərini və proqramı danışaq.
- Qeydiyyat ödənişli deyil, öhdəlik yaranmır
- Qrupda maksimum 12 nəfər, hər tapşırıq fərdi yoxlanılır
- Dərslərin qeydi qalır, materiallar sizə verilir
Yerinizi tutun
Doldurmaq 1 dəqiqə çəkir.
Digər kurslar
Bütün kurslar
Rəqəmsal marketinq kursu
Reklam kabinetlərini tanımayanlar üçün başlanğıc kurs: Meta, Google, kontent və analitikanın əsasları bir sistemdə.
Başlanğıc · 8 həftəAdvanced tracking kursu
Server-side tracking, Conversions API, consent və atribusiya — reklam datası itəndə problemi tapıb düzəltmək.
İrəli · 5 həftə
TikTok Ads kursu
TikTok reklam kabineti, Spark Ads və kreativ istehsalı — bu platformada büdcə deyil, kadr qazanır.
Orta · 4 həftə
dataLayer kursu
dataLayer quruluşu, e-ticarət hadisələri və developerlə ortaq dil — ölçmənin ən çox səhv qurulan hissəsi.
İrəli · 4 həftə