Reklam xidməti

Google Ads xidməti — axtarışda hazır müştərini tutan reklam

İnsan Google-a “Bakıda kondisioner təmiri” yazanda artıq xidmət axtarır. Google Ads reklamınızı məhz həmin anda göstərir. Biz kampaniyanı qururuq, idarə edirik və hər manatın hansı müraciəti gətirdiyini ölçürük.

  • Pulsuz audit
  • Həftəlik hesabat
  • Hesab sizin adınıza
  • Aylıq müqavilə
Google PartnerRəsmi Google PartnerGoogle Ads üzrə sertifikat, xərc və performans tələblərinə cavab verən tərəfdaş

Google Ads nədir və necə işləyir?

Google Ads — Google-un reklam platformasıdır: Google-da reklam vermək bu sistem vasitəsilə olur. Reklamınız Google axtarış nəticələrində, YouTube-da, Google Xəritələrdə və Google-un tərəfdaş saytlarında göstərilə bilər. Axtarış reklamı nəticələrin yuxarısında “Sponsorlu” nişanı ilə çıxır.

Axtarış reklamında pul göstərilməyə görə yox, kliklərə görə ödənilir. Reklamınız 100 dəfə görünüb 3 dəfə kliklənibsə, yalnız 3 klikin haqqını ödəyirsiniz. Klikin qiyməti hərracda müəyyən olunur: adətən qoyduğunuz maksimum təklifdən az, sizdən aşağıdakı reklamçını keçmək üçün lazım olan qədər.

Hərracı təkcə pul udmur. Google reklamın axtarış sorğusuna nə qədər uyğun olduğunu, kliklənmə ehtimalını və açılan səhifənin istifadəçi üçün faydalı olub-olmadığını da qiymətləndirir. Ona görə düzgün qurulmuş kampaniya eyni yeri daha ucuz klikə ala bilər.

Reklam pulsuz axtarış nəticələrinə təsir etmir. Google-un özü yazır ki, reklam vermək saytınızın orqanik nəticələrdəki yerinə heç bir təsir göstərmir. Reklamsız, uzunmüddətli trafik üçün SEO ayrıca işdir.

SEO xidməti

Google Ads kimlər üçün uyğundur?

01

Xidməti axtarılan bizneslər

Təmir, klinika, hüquq, kurs, təcili xidmət. Problemi olan adam Google-a yazır və həll ona elə həmin an lazımdır.

02

Onlayn mağazalar

Shopping və Performance Max ilə məhsulun şəkli, adı və qiyməti birbaşa axtarış nəticəsində görünür. Bunun üçün Merchant Center-də məhsul siyahısı lazımdır.

03

Reklamı “işləmir” deyənlər

Çox vaxt büdcə ümumi və ya əlaqəsiz sorğulara gedir. Hesabı təmizləyib pulu müraciət gətirən sorğulara yönəldirik.

Kimə uyğun deyil

Məhsulunuzu hələ heç kim axtarmırsa (yeni, tanınmayan məhsul), axtarış reklamının göstəriləcəyi sorğu az olur. Bu halda əvvəlcə Meta və ya TikTok reklamı ilə tələb yaratmaq daha məntiqlidir.

Google Ads xidmətinə nə daxildir?

Hazırlıq

  • Hesabın qurulması və ya mövcud hesabın auditi
  • Açar söz araşdırması
  • Mənfi açar söz siyahısı
  • GA4 və dönüşüm izləməsinin qurulması

Kampaniyalar

  • Dar mövzulu reklam qrupları
  • Reklam başlıqları və mətnləri
  • Zəng, ünvan, qiymət və keçid uzantıları
  • Remarketinq auditoriyaları

İdarəetmə

  • Həftəlik axtarış sorğusu təmizliyi
  • Yeni mətn variantlarının testi
  • Büdcənin nəticə verən kampaniyaya yönəldilməsi
  • Həftəlik hesabat, aylıq görüş

Daxil deyil

  • Reklam büdcəsi (birbaşa Google-a ödənilir)
  • Sayt hazırlanması (ayrıca xidmətdir)
  • Merchant Center feed-inin proqramlaşdırılması
  • YouTube üçün video çəkilişi

Hansı Google Ads kampaniyası sizə lazımdır?

Google Ads-in içində bir neçə ayrı reklam növü var. Yanlış növü seçmək büdcəni ən tez xərcləyən səhvdir.

KampaniyaNə vaxt seçilirNə lazımdır
AxtarışXidmətinizi adı ilə axtarırlar: usta, klinika, hüquqşünas, təmirSayt və ya satış səhifəsi, dönüşüm izləməsi
Performance MaxBütün Google kanallarında bir kampaniya ilə görünməkEtibarlı dönüşüm datası, şəkil və mətnlər
ShoppingOnlayn mağaza, məhsulu qiyməti ilə göstərməkMerchant Center və məhsul siyahısı (feed)
YouTubeİzah tələb edən məhsul: kurs, proqram, xidmət paketiHazır video
RemarketinqSayta girib müraciət etməyənləri geri qaytarmaqSaytda Google teqi və auditoriya

Birinci ay adətən Axtarış kampaniyası və remarketinqlə başlayırıq: nəticəni ölçmək ən asan olan budur. Data yığılandan sonra digər növlərə keçirik.

Necə işləyirik

  1. 1
    1-ci həftə

    Audit və ölçmə

    Hesaba və son 90 günə baxırıq, GA4 və dönüşümləri qururuq, açar sözləri araşdırırıq.

  2. 2
    2-ci həftə

    Qurulum

    Kampaniya və qrup strukturu, reklam mətnləri, uzantılar və mənfi açar sözlər.

  3. 3
    3–4-cü həftə

    İlk data

    Real axtarış sorğularına baxırıq, zəif sözləri kəsirik, təklif strategiyasını seçirik.

  4. 4
    Davamlı

    Optimizasiya

    Həftəlik sorğu təmizliyi, mətn testləri və büdcənin ən yaxşı nəticə verən kampaniyaya yönəldilməsi.

Google Ads qiyməti nədən asılıdır?

Reklam büdcəsi

Bu pul birbaşa sizin kartınızdan Google-a gedir. Büdcəni günlük təyin edirsiniz: bəzi günlər xərc ondan çox ola bilər, amma bir ayda Google günlük büdcə × 30,4-dən çox xərcləmir.

Günlük büdcə 10 ₼ → ayda ən çox 304 ₼

Xidmət haqqı

Bizim işimizin haqqıdır və reklam büdcəsindən ayrıdır. Kampaniyaların sayından, hesabın ölçüsündən və işin həcmindən asılıdır. Dəqiq məbləği pulsuz auditdən sonra yazılı göndəririk.

Klikin qiymətinə nə təsir edir

  • Sahənizdəki rəqabət: eyni sorğuya neçə reklamçı təklif verir
  • Reklamın axtarış sorğusuna uyğunluğu
  • Açılan səhifənin keyfiyyəti və sürəti
  • Hədəf bölgə, vaxt və cihaz ayarları

Google Ads üzrə işlərimiz

Bütün işlər

Tez-tez verilən suallar

Google Ads, yoxsa Meta Ads — hansı ilə başlayım?

Məhsulunuzu insanlar axtarırsa (təmir, klinika, hüquq, təcili xidmət), Google ilə başlayın. Axtarmırlarsa və məhsulu göstərmək lazımdırsa (geyim, aksesuar, kafe), Meta ilə başlayın. Şübhə varsa, açar söz həcminə baxırıq: sorğu yoxdursa, Google-a pul xərcləməyin mənası yoxdur.

Bir klik neçəyə başa gəlir?

Sabit qiymət yoxdur: hər klik hərracda müəyyən olunur və sahədən, rəqabətdən, reklamın keyfiyyətindən asılıdır. Sizin sahə üçün təxmini qiyməti auditdə Google-un açar söz planlayıcısı ilə göstəririk. Əsas rəqəm klik qiyməti deyil, bir müraciətin sizə neçəyə başa gəlməsidir.

Nəticə nə vaxt görünür?

Kampaniya təsdiqlənəndən sonra reklam göstərilməyə başlayır və ilk kliklər adətən ilk günlərdə gəlir. Artıq sorğuları təmizləmək və kampaniyanı sabitləşdirmək üçün isə bir neçə həftə lazımdır.

Reklam hesabı kimin adına olur?

Sizin. Hesab sizin adınıza açılır, ödəniş birbaşa sizin kartınızdan Google-a gedir, biz idarəçi kimi əlavə olunuruq. Əməkdaşlıq bitəndə hesab və bütün data sizdə qalır.

Hesabımdakı köhnə kampaniyalar silinəcək?

Xeyr. Əvvəlcə audit edirik, işləyənləri saxlayırıq. Zərərli olanları dayandırmazdan əvvəl səbəbini izah edirik.

Saytım yoxdur, yalnız Instagram səhifəm var. Olar?

Google Ads üçün ən azı bir səhifə lazımdır, çünki klik hara isə aparmalıdır. Tək səhifəlik satış saytı da kifayətdir. Onu ayrıca hazırlaya bilərik.

Mənbələr

Google Ads sizə uyğundurmu? Birlikdə baxaq.

Tələbinizi yazın. Hesablarınıza və saytınıza baxıb 5 iş günü ərzində yazılı təklif göndərək. Audit pulsuzdur.