Ana səhifə / Xidmətlər / LinkedIn Ads
Reklam kanalı
LinkedIn Ads — qərar verən insana çatan B2B reklamı
Instagram-da insanı maraqlarına görə tapırsan, LinkedIn-də isə vəzifəsinə, şirkətinə və sahəsinə görə. Məhsulunu biznesə satırsansa, bu fərq hər şeydir.
LinkedIn-də klik Meta-dakından bahadır — bu sirr deyil. Amma B2B-də bir maliyyə direktorunun müraciəti yüz təsadüfi klikdən dəyərlidir. Məsələ ucuz klik yox, düzgün adamın müraciətidir.
FINCA Azerbaijan-da LinkedIn Ads-i Meta, TikTok və Google Ads ilə birlikdə idarə etmişəm — maliyyə sektorunda, dar və bahalı auditoriya ilə. LinkedIn-in Marketing Strategy, Marketing Solutions Fundamentals və Content & Creative Design sertifikatlarım var.
Uyğunluq
Bu xidmət kimə yarayır
B2B xidmət və məhsul
Proqram təminatı, konsaltinq, logistika, avadanlıq — alıcısı şirkət olan hər biznes. Reklam qərarı verən vəzifəyə göstərilir.
Maliyyə və bank
Biznes krediti, korporativ kart, sığorta — sahibkara və maliyyə direktoruna yönəlmiş təkliflər.
İşə qəbul və işəgötürən brendi
Vakansiyanı uyğun təcrübəli mütəxəssisə göstərmək və şirkətin işəgötürən kimi imicini gücləndirmək.
Sistem
Kampaniya necə qurulur
Ölçmədən müraciətə qədər dörd halqa. Biri qırıq olanda büdcə görünməz yerə axır.
Ölçmə
Insight Tag + CAPI
Sayt ziyarəti və müraciət LinkedIn-ə ötürülür, brauzer bloklasa da server tərəfdən.
Auditoriya
Vəzifə · sahə · şirkət
Peşəkar filtrlər, sayt ziyarətçiləri və müştəri/şirkət siyahıları.
Format
Şəkil · karusel · video · sənəd
Sənəd reklamında bələdçi və ya təqdimat lentdə birbaşa vərəqlənir.
Müraciət
Lead Gen Form
Form profildən avtomatik dolur — istifadəçi sayta keçmədən müraciət edir.
Yekun
CRM-ə yalnız keyfiyyətli müraciət
FINCA-da sayt formalarına qurduğum süzgəc ayda 1 800 zəif müraciəti CRM-dən kənarda saxlayırdı. Eyni məntiq LinkedIn müraciətlərinə də tətbiq olunur — satış komandası vaxtını real alıcıya xərcləyir.
Hədəfləmə qatları
| Filtr | Nə üçün |
|---|---|
| Şirkət adı | Konkret şirkətlərə reklam (account-based marketing) |
| Sahə və şirkət ölçüsü | Məsələn, yalnız 50+ işçili logistika şirkətləri |
| Vəzifə və funksiya | Maliyyə direktoru, HR rəhbəri, marketinq meneceri |
| Səviyyə | Mütəxəssis, menecer, direktor, sahibkar |
| Bacarıqlar | Profilində konkret bacarıq göstərən insanlar |
| Uyğunlaşdırılmış auditoriya | Sayt ziyarətçiləri, müştəri və şirkət siyahıları |
Hər filtr auditoriyanı daraldır. LinkedIn reklamın göstərilməsi üçün ən azı 300 üzv tələb edir, nəticə üçün isə ən azı 50 000 tövsiyə edir; sponsorlu kontent üçün bu tövsiyə 300 000-dir. Azərbaycanda dar vəzifə hədəflənməsi bu həddən tez aşağı düşür — ona görə filtrlər ehtiyatla birləşdirilir.
Mənbə: LinkedIn Help — auditoriya ölçüsü tövsiyələri.
Tez-tez verilən suallar
LinkedIn Ads haqqında suallar
Digər xidmətlər
Çox vaxt birlikdə işləyir
Növbəti addım
Auditoriyan LinkedIn-dədirmi — birlikdə baxaq.
Hədəf müştərini və şirkət səhifəni yoxlayıram, 5 iş günü ərzində yazılı təklif göndərirəm.