Kreativ xidməti
Reklam kreativləri — reklamın nəticəsini ən çox dəyişən hissə
Eyni büdcə, eyni auditoriya, eyni məhsul — kreativ dəyişəndə nəticə tamamilə fərqli ola bilər. Instagram, Facebook, TikTok və Google reklamları üçün banner, karusel, video montajı və reklam mətnləri hazırlayırıq və hansının işlədiyini testlə tapırıq.
- Banner, karusel, video
- Reklam mətnləri daxil
- Bütün reklam ölçüləri
- Mənbə faylları sizə
Reklam kreativi nədir və niyə bu qədər vacibdir?
Kreativ reklamın insanın gördüyü hissəsidir: şəkil, video, başlıq və mətn. Hədəfləməni, büdcəni və təklif strategiyasını reklam sistemləri getdikcə daha çox özü idarə edir. Ən çox sizin əlinizdə qalan isə kreativdir — ona görə nəticəyə ən böyük təsiri də o göstərir.
Hər platformanın öz dili var. TikTok tövsiyə edir ki, video şaquli (9:16) olsun, səsli olsun, diqqəti çəkən hissə ilk 6 saniyədə, əsas mesaj isə ilk 3 saniyədə verilsin. Google axtarış reklamında isə şəkil yoxdur: bir reklama 15-ə qədər başlıq (hər biri 30 simvol) və 4 təsvir (hər biri 90 simvol) yazılır, Google onları müxtəlif birləşmələrdə sınayıb ən uyğununu göstərir.
Hansı kreativin işləyəcəyini əvvəlcədən heç kim dəqiq bilmir. Ona görə bir “mükəmməl” banner hazırlayıb aylarla onunla işləmək əvəzinə bir neçə fərqli variant hazırlayırıq: fərqli mesaj, fərqli format, fərqli ilk cümlə. Reklamda nəticəyə baxır, qalibi saxlayır və ondan yeni variantlar yaradırıq.
Kreativlər reklam idarəsi ilə birlikdə ən yaxşı işləyir: reklamda hansı variantın qazandığını görür və növbəti ayın kreativlərini buna görə hazırlayırıq.
Instagram və Facebook reklamıKreativ xidməti kimlər üçün uyğundur?
Reklamı olan, kreativi köhnələnlər
Reklam işləyir, amma eyni şəkil aylarla dəyişmir və nəticə get-gedə bahalaşır.
Öz reklamçısı olanlar
Bu xidməti reklam idarəsindən ayrı da götürmək olar. Fayllar bütün ölçülərdə və mənbə formatında verilir.
Test etmək istəyənlər
Hansı mesajın, formatın və təklifin işlədiyini təxminlə yox, rəqəmlə öyrənmək istəyən bizneslər.
Kimə uyğun deyil
Studiya çəkilişi, böyük reklam çarxı və ya televiziya rolik lazımdırsa, bu, prodakşn şirkətinin işidir. Biz rəqəmsal reklam üçün sürətli və test olunan kreativlərlə işləyirik.
Kreativ xidmətinə nə daxildir?
İdeyadan hazır fayla qədər hər şeyi biz görürük. Sizdən məhsul, təklif və mövcud şəkil və videolar lazımdır.
- 01
Brif və ideyalar
Məhsul, təklif, müştəri sualları və rəqib reklamlarından mövzu siyahısı.
- 02
Statik bannerlər
Lent və story üçün reklam şəkilləri, brendinizə uyğun üslubda.
- 03
Karusellər
Bir neçə məhsulu və ya addım-addım izahı göstərən sürüşən reklamlar.
- 04
Video montajı
Sizin çəkdiyiniz və ya mövcud videolardan reklam videosu: altyazı, musiqi, ilk saniyələrin quruluşu.
- 05
Animasiya
Şəkil və mətndən sadə hərəkətli reklamlar — çəkiliş olmadan video formatı.
- 06
Reklam mətnləri
Hər kreativ üçün fərqli giriş cümlələri, başlıqlar və çağırışlar.
- 07
Google axtarış reklamı mətnləri
15 başlıq və 4 təsvirə qədər, simvol limitlərinə uyğun.
- 08
Bütün ölçülər və mənbə faylları
Lent (1:1, 4:5), story və Reels (9:16) ölçüləri, redaktə olunan fayllar.
Daxil deyil
- Foto və video çəkiliş
- UGC yaradıcısının və ya modelin haqqı
- Reklam büdcəsi
- Loqo və brendbukun hazırlanması
Hansı kreativ formatı nə vaxt işləyir?
Format platformadan və məqsəddən asılıdır. Adətən bir neçə formatı paralel sınayırıq.
| Format | Harada işləyir | Nə vaxt seçirik |
|---|---|---|
| Statik banner | Instagram və Facebook lenti, story | Bir aydın təklif: endirim, qiymət, yeni məhsul |
| Karusel | Instagram və Facebook lenti | Bir neçə məhsul, addım-addım izah, “əvvəl və sonra” |
| Şaquli video (9:16) | Reels, Stories, TikTok | Məhsulu hərəkətdə göstərmək, səmimi danışan video |
| Animasiya | Bütün platformalar | Video materialı yoxdursa, amma hərəkət lazımdırsa |
| Mətn reklamı | Google axtarışı | İnsan xidməti artıq axtarır, şəkil yox, mesaj qərar verdirir |
İlk ayda adətən banner, karusel və video formatlarını birlikdə sınayırıq. Hansı format sizin auditoriyada ucuz nəticə verirsə, sonrakı aylarda ona ağırlıq veririk.
Necə işləyirik
- 11-ci addım
Brif
Məhsul, təklif, auditoriya və brend qaydaları razılaşdırılır.
- 22-ci addım
Mövzu və mesaj siyahısı
Hansı mesajları və formatları sınayacağımız təsdiqə göndərilir.
- 33-cü addım
Hazırlıq
Dizayn, montaj və mətnlər hazırlanır, bütün ölçülərdə təhvil verilir.
- 4Davamlı
Test və yeniləmə
Reklamda nəticələrə baxırıq: qalib variantdan yenilərini yaradır, zəifləri əvəz edirik.
Reklam kreativlərinin qiyməti nədən asılıdır?
Aylıq paket
Hər ay müəyyən sayda kreativ və mətn — reklamı daim işləyən bizneslər üçün. Variantlar nəticəyə görə yenilənir.
Birdəfəlik sifariş
Konkret kampaniya, aksiya və ya məhsul təqdimatı üçün kreativ dəsti.
Qiymətə nə təsir edir
- Kreativlərin sayı və formatı: banner, karusel, video
- Video montajının və animasiyanın həcmi
- Platformaların və ölçülərin sayı
- Dil sayı: azərbaycan, rus, ingilis
Dəqiq qiyməti brifdən sonra yazılı təklifdə göndəririk.
Dizayn işlərimiz
Bütün işlərTez-tez verilən suallar
Çəkiliş də daxildir?
Xeyr. Xidmət ideya, dizayn, montaj və mətni əhatə edir. Video materialı ya siz telefonla çəkirsiniz (nəyi necə çəkmək lazım olduğunu yazırıq), ya mövcud materialdan istifadə edirik, ya da animasiya ilə çəkilişsiz video hazırlayırıq.
Bir reklam üçün neçə variant lazımdır?
Bir variantla test etmək olmur. Ən azı bir neçə fərqli mesaj və format sınamaq lazımdır ki, hansının işlədiyi görünsün. Dəqiq sayı büdcənizə görə məsləhət görürük: kiçik büdcədə çox variant hər birinə az pul düşməsi deməkdir.
Kreativləri öz reklamçım istifadə edə bilər?
Bəli. Fayllar bütün ölçülərdə və mənbə formatında verilir. Kim istifadə edirsə etsin, material sizindir.
Brendbukuma uyğun olacaq?
Brendbukunuz varsa, ona uyğun işləyirik. Yoxdursa, əvvəlcə bir neçə vizual istiqamət təklif edirik və seçdiyiniz üzərində davam edirik.
Nəticəni necə ölçürük?
Hər kreativ reklamda ayrıca ölçülür: göstərilmə, klik nisbəti, videonun izlənmə müddəti və müraciət. Hansı variantın qazandığına baxır, növbəti kreativləri buna görə hazırlayırıq.
Kreativ nə qədər tez köhnəlir?
Eyni auditoriya eyni reklamı dəfələrlə görəndə nəticə zəifləyir. Bunu hesabatdakı rəqəmlərdən görürük və vaxtında yeni variantla əvəz edirik.
Çox vaxt birlikdə götürülür
Bütün xidmətlər
- Remarketinq
Meta Ads
Kampaniya strukturu, auditoriya qatları və hər kreativin nəticəsini göstərən ölçmə.
Ətraflı
- Pixel
- Satış reklamı
- Hədəf kütlə
TikTok Ads
TikTok biznes və reklam hesabının qurulması, Pixel, satış üçün hədəf kütlə və konversiya kampaniyaları.
Ətraflı
- TikTok
- Kontent plan
Sosial şəbəkə idarəsi
Aylıq kontent planı, çəkiliş ssenariləri və icma idarəsi.
ƏtraflıKreativ və kontent sizə uyğundurmu? Birlikdə baxaq.
Tələbinizi yazın. Hesablarınıza və saytınıza baxıb 5 iş günü ərzində yazılı təklif göndərək. Audit pulsuzdur.




