NPNamig Pashayev
Rəqəmsal marketoloq

Ana səhifə / Xidmətlər / AI avtomatlaşdırma

Yeni yanaşma

AI avtomatlaşdırma — marketinqin təkrarlanan işi dəqiqələrə

Tracking qurulumu, reklam hesabatı, formadan CRM-ə data — hər həftə eyni addımlar. Bunları Claude kimi AI alətlərinə tapşırıram, vaxt isə strategiyaya qalır.

Xidmət haqqıFərdi təklif
AuditPulsuz
AlətlərClaude · GTM API
HesablarSənin adına

Bir saytın tam tracking qurulumu əvvəllər 2–3 saatımı alırdı: GTM-də teqlər, triggerlər, dəyişənlər, sonra hər birinin yoxlanması. İndi eyni iş 10–15 dəqiqəyə bitir.

Fərq AI-nin “sehrində” deyil. GTM konfiqurasiyası API vasitəsilə qurulur, AI isə adlandırma qaydalarına və yoxlama siyahısına əməl edir. Hər addımı mən yoxlayıb təsdiqləyirəm — qərarı AI yox, insan verir.

Sistem

Bir tapşırıq necə icra olunur

Tapşırıq sadə dildə yazılır, AI texniki hissəni görür, mən yoxlayıram — sonra dərc olunur.

Tapşırıq

Sadə dildə

“Forma, WhatsApp və zəng kliklərini GA4 və Meta-ya ötür.”

AI agent

Claude Code

Plan qurur, GTM API ilə teq, trigger və dəyişənləri yaradır.

Yoxlama

Preview + DebugView

Hər hadisə test olunur, adlar vahid standarta uyğunlaşdırılır.

Dərc

Versiya qeydi ilə

Nə dəyişdiyi yazılır — lazım olsa bir kliklə geri qaytarılır.

Yekun

Qurulumun yazılı xəritəsi

Hansı hadisənin hara ötürüldüyü cədvəldə qalır. Sonra kim baxsa — sənin komandan, başqa agentlik və ya developer — nəyin necə işlədiyini başa düşür.

Nəyi avtomatlaşdırıram

İşƏvvəlAI ilə
GTM tracking qurulumu2–3 saat əl ilə10–15 dəqiqə
Meta reklam hesabatıAds Manager → export → Excel → slaydBir cümlə, ~2 dəqiqə
Hesab auditiKampaniya-kampaniya əl ilə yoxlamaYoxlama siyahısı üzrə avtomatik hesabat
Exit-intent popupDeveloper növbəsiGTM üzərindən, koda toxunmadan
Formadan CRM-ə müraciətƏl ilə köçürmə, zəif müraciətlər qarışırSüzgəc və avtomatik ötürmə

Vaxt rəqəmləri öz işimdəndir. Siyahı biznesə görə dəyişir — məsələn mağazada məhsul feed-i, klinikada qeydiyyat formaları əlavə olunur.

Nə dəyişir

Avtomatlaşdırmadan əvvəl və sonra

Əvvəl

  • Hər ay eyni hesabat əl ilə yığılır
  • Teq adları hər qurulumda fərqlidir
  • Qurulumu yalnız onu quran başa düşür
  • Kiçik dəyişiklik üçün developer gözlənilir
  • Vaxt texniki işə gedir

Sonra

  • Hesabat bir sorğu ilə hazırlanır
  • Vahid adlandırma standartı
  • Hər qurulumun yazılı xəritəsi var
  • Dəyişiklik GTM üzərindən, koda toxunmadan
  • Vaxt strategiyaya qalır

Tez-tez verilən suallar

AI avtomatlaşdırma haqqında suallar

Heç bir dəyişiklik birbaşa canlıya getmir. Hər hadisə dərcdən əvvəl GTM Preview və GA4 DebugView-da yoxlanılır. GTM hər dəyişikliyi ayrıca versiya kimi saxlayır — lazım olsa bir kliklə əvvəlki vəziyyətə qayıdılır.
Google Tag Manager-ə redaktor, reklam kabinetlərinə isə hesabat səviyyəsində giriş kifayətdir. Hesablar sənin adına qalır, əməkdaşlıq bitəndə girişi geri götürürsən.
AI-yə yalnız iş üçün lazım olan məlumat verilir: GTM konfiqurasiyası və reklam statistikası. Müştərilərinin adı, telefonu və e-poçtu bu prosesə daxil edilmir.
Analitika xidməti nəyin ölçüləcəyini müəyyən edir. AI avtomatlaşdırma isə bu işin sürətli, eyni standartla və təkrarlana bilən şəkildə görülməsidir. Çox vaxt ikisi birlikdə götürülür.
Bəli. Qurulumdan sonra hesabatı bir sorğu ilə necə hazırlamağı və hansı tapşırıqları AI-yə vermək olduğunu komandana göstərirəm.

Növbəti addım

Hansı işin avtomatlaşa biləcəyinə birlikdə baxaq.

Hesablarına və saytına baxıram, 5 iş günü ərzində nəyin avtomatlaşa biləcəyini yazılı göndərirəm.

Qiymət təklifi al WhatsApp ilə yaz

Cavab müddəti · 24 saat

Xidmət haqqı

Fərdi təklif

Təklif al